Ukrayna dinc insanların həlak olduğu və yaralandığı bugünkü Rusiya hücumuna cavab hazırlayır.
“AzPolitika” xəbər verir ki, Ukrayna Müdafiə naziri Rustam Ömərov belə bir bəyanatla çıxış edib.
Nazir qeyd edib ki, bu hücum bir daha Ukraynanın uzaqmənzilli silahlara ehtiyacının olduğunu və Ukrayna ordusunun Rusiyanın dərinliyinə zərbə vurması ilə bağlı məhdudiyyətlərin götürülməsinin vacibliyini sübut etdi: “Ukrayna öz istehsalı olan silahla cavab zərbəsi hazırlayır”.
“AzPolitika.info”


Şərhlər