"Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və Ukrayna xalqını qaranlığa qərq etmək səylərini ən kəskin şəkildə pisləyirəm. İcazə verin, açıq deyim: Rusiya Ukraynada heç vaxt uğur qazana bilməyəcək və Ukrayna xalqının ruhu heç vaxt qırılmayacaq".
“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Ukraynaya dünənki kütləvi raket hücumunu şərh edən ABŞ Prezidenti Co Bayden deyib.
Bayden əlavə edib ki, Birləşmiş Ştatlar hava hücumundan müdafiə sistemləri və raketlər də daxil olmaqla Ukraynanı mühüm hərbi texnika ilə təmin edən, Kiyevə dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək.
Bayden qeyd edib ki, Birləşmiş Ştatlar enerji sisteminin dayanıqlığını gücləndirmək üçün Ukraynaya enerji avadanlıqlarının tədarükünü artırır.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 26-da Rusiya Ukrayna ərazisinə 236 raket və PUA atıb. Ukraynanın hava hücumundan müdafiə qüvvələri 102 raket və 99 PUA-nı məhv edib.
“AzPolitika.info”


Şərhlər
Mister CO sen necə ki, Amerikanın başnda uğur qazana bilmedin, heç ona qalsa iki il yarımdır destək verdiyin Ukrayna da uğur qazana bilməyəcək. Tək Rusiyaya qarşı siz Amerika da başda olmaqla 39 QƏrb ölkəsi vuruşur. Rusiya isə dirənir. Səncə uğursuz kimdi, hörmətli Co