Menu

“Pokrovsk Baxmutdan daha tez yeniləcək...” - "Ruslar üçün yol açılıb, səngərlər boşdu..."

30.08.2024, 12:07
“Pokrovsk Baxmutdan daha tez yeniləcək...” - "Ruslar üçün yol açılıb, səngərlər boşdu..."

Donbasdakı vəziyyətə görə Zelenskini tənqid edənlər çoxalıb

Ukrayna qoşunları bu həftə Pokrovskdan 8 kilometr cənub-şərqdə yerləşən Novoqrodovkadan geri çəkilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Kiyevdə yerləşən Müdafiə Strategiyaları Mərkəzinin (CDS) şərhində deyilir. Qeyd olunur ki, Pokrovskun logistika mərkəzi kimi əhəmiyyətinə baxmayaraq, bu istiqamətdə Ukrayna ordusunun müdafiə resurslarının çatışmazlığı açıq görünür.

“Fianncial Times” isə Ukaryna hərbçilərinə istinadla yazıb ki, böyük ehtimalla Pokrovsk şəhəri Baxmutdan daha tez təslim ediləcək. Cəbhənin bu istiqamətindəki çöküşün əsas səbəbi isə tənqidçilərin fikrincə, Ukrayna hərbi-siyasi rəhbərliyinin elit qüvvələri Kursk əməliyyatına atması, əvəzində Donbassa təcrübəsiz birləşmələri cəlb etməsidir. Qəzetin yazdığına görə, bütün baş verənlərə görə Volodimir Zelenskiyə qarşı tənqidlər çoxalıb.

Ukraynalı deputat, parlamentin Müdafiə Komitəsinin üzvü Maryana Bezuqlaya özünün “facebook” səhifəsində keçən həftə Novoqrodovka yaxınlığındakı cəbhə xəttinə səfərindən fotolar dərc edib. O, qeyd edib ki, burada ruslar üçün Pokrovska yol açılıb.

"Novoqrodovkanın qarşısındakı səngərlər boş idi"  - deyə, o, hərbi-siyasi rəhbərliyi ittiham edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Aleksandr Sırski isə cümə axşamı Pokrovsk bölgəsinə səfər etdiyini və “cəbhənin ən çətin sahələrində qoşunları gücləndirmək, briqadaları kifayət qədər döyüş sursatı ilə təmin etmək" üzərində işlədiyini deyib.

Zelenski özü də Pokrovsk yaxınlığındakı vəziyyəti "son dərəcə çətin" adlandırıb, lakin Ukraynanın Kursk bölgəsinə doğru irəliləməsindən sonra Rusiyanın bölgədəki irəliləyişinin yavaşıdığını deyib. Lakin cəbhədəki vəziyyət və analitiklərin təhlili bunun əksini göstərir.

Ukrayna Müdafiə Nazirliyi ilə sıx əlaqədə olan və cəbhə xəttindəki dəyişiklikləri izləyən Ukraynanın “Deep State” layihəsinin təhlilçilərinin fikrincə, avqustun 6-dan etibarən Rusiya qoşunları Donbassda əvvəlki aylarla müqayisədə daha sürətlə irəliləyib.

Belə görünür ki, Ukrayna rəhbərliyi hansısa radikal hərbi-siyasi qərarlar verməsə, Donetsk vilayətinin qalan hissəsi çox da uzaq olmayan perspektivdə Rusiyanın nəzarətinə keçəcək.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol