Menu

Avropa Liqasının püşkatma mərasimi keçirilib - FOTOLAR

30.08.2024, 16:45
Avropa Liqasının püşkatma mərasimi keçirilib -  FOTOLAR

Bu il yeni formatda keçiriləcək UEFA Avropa liqasının 2024/25 mövsümünün püşkatma mərasimi baş tutub.

"AzPolitika" xəbər verir ki, yeni formata əsasən, hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsində “Totenhem” (İngiltərə), “Lion” (Fransa), “Ayaks” (Niderland), “Olimpiakos” (Yunanıstan), “Budyo Qlimt” (Norveç), “FCSB” (Rumıniya), - “Malmö”(İsveç), “Elfsborg” (İsveç) komandaları ilə qarşılaşacaq.

Püşkatma nəticəsinə görə “Fənərbaxça”nın rəqibləri bunlardır: “Slaviya Praqa” (səfər), “Mançester Yunayted” (ev), “Lion” (ev), “AZ Alkmaar (səfər), “Union SG” (ev), “Midtyulland” (səfər), “Atletik” (ev) , “Twente” (səfər).

“Qalatasaray”ın rəqibləri: “Tottenhem” (ev), “Ayaks” (səfər), “PAOK” (ev), “AZ Alkmaar” (səfər), “Malmö” (səfər), “Dinamo Kiyev” (ev), “RFS” (səfər), “Elfsborq” (səfər). ev).

“Beşiktaş”ın rəqibləri: “Frankfurt” (ev), “Ayaks” (səfər), “Makkabi” (ev), “Lion” (səfər), “Malmö” (ev), “Bodo” (səfər), “Atletik” (ev), “Twente” (səfər).

Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.

“AzPolitika.info”





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol