“İranın nüvə silahı əldə etməsi İsrailin məhvi deməkdir. Tehranın nüvə silahına sahib olması mənim qırmızı xəttimdir”.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn prezident seçkilərində namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyibş
O, İranla düşmənçilik etmək niyyətində olmadığını deyib.
Tramp sərt xəbərdarlıq edərək deyib ki, İranla razılaşmaq istəyir, ancaq bu hökumət nüvə silahı əldə etməyə can atır və o, buna icazə verə bilməz.
"AzPolitika.info"


Şərhlər