İsrail ordusu Qəzzada fələstinli məcburi köçkünlərin qaldığı bölgəni bombalayıb.
“AzPolitika” xəbər verir ki, İsrailin hava hücumu nəticəsində Qəzza zolağında yerləşən Əl Mevasi bölgəsində ı 40 nəfər ölüb, 60 mülki vətəndaş yaralanıb.
Ən azı 4 raketin atılması nəticəsində 7 metr dərinlikdə kraterlərin əmələ gəldiyi bölgədə 20 çadırın yandığı bildirilib.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 min 988-ə, yaralı sayının isə 94 min 825-ə yüksəldiyi bildirilib.
“AzPolitika.info”


Şərhlər