Menu

Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib

10.09.2024, 23:31
Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS ISO 10290:2024 “Toxuculuq məmulatları - Pambıq ipliklər - Texniki şərtlərin əsası” dövlət standartını qəbul edib.

Bu barədə "Report"a İnstitutdan bildirilib.

Yeni dövlət standartının qəbul edilməsində məqsəd tək qat əyirilmiş, ağardılmamış pambıq ipliklərin təsviri zamanı tətbiq olunmalı meyarların və müvafiq sınaq üsullarının müəyyənləşdirilməsidir.

Yeni dövlət standartının tətbiqi pambıq iplikləri məhsullarının istehsalının müasir tələblərə uyğunlaşdırılmasına və yerli malların beynəlxalq bazarda etibarlılığının artmasına imkan yaradacaq.

Dövlət standartı “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Şərhlər

Mühənds 2024-09-11 16:33:45

Aərbaycanda pambıq ipliyi,pambıq parça istehsal olunur ki.hələ standarta ehtiyac olsun.Pambıq mahlıcı xammal kimi aricə satılır və pulu heç Azərbaycana da gəlmir.Guya bunu bilən yoxdur?j Azərbaycanda tekstil kombinatı..pambıq parçadan tikiş fabrikləri varmı ki.standarta ehtiyac olsun.Adi alt paltarları sintetik olmaqla xaricdən gətirilir.Yalan dolanlarla baş girləmək nə qədər davam edəcək?l

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol