Böyük Britaniya hökuməti Ukraynaya Rusiyanı "Storm Shadow" raketləri ilə vurmağa icazə verib.
"AzPolitika" xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.
Məlumata görə, Ukrayna Qərbin verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın bir çox aerodromlarını və hərbi bazalarını vura biləcək.
Qeyd olunur ki, bu zaman Rusiyadakı əsas hədəflər Ukraynanın zərbə məsafəsində olacaq.
Bildirilib ki, Böyük Britaniya və ABŞ Kiyevə düşmən ərazisinə zərbələr endirmək üçün Qərbdən təchiz edilmiş uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verərsə, Rusiyanın hərbi qərargahı və hərbi dəniz bazası Ukraynanın atəş xəttindəki hərbi hədəflərdən bəziləridir.
Ancaq hələlik, məlumat rəsmən təsdiqlənməyib.
"AzPolitika.info"


Şərhlər