Menu

Paytaxtda nəqliyyatın hərəkəti iflic olub - VİDEO

16.09.2024, 11:30
Paytaxtda nəqliyyatın hərəkəti iflic olub - VİDEO

Yeni dərs ilini başlaması paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib.

"AzPolitika" xəbər verir ki, səhər erkən saatlardan mərkəzi yollarda və prospektlərdə başlayan sıxlıq hələ də tam olaraq aradan qalxmayıb. 

Qeyd edk ki, "Formula-1" yarışı bitsə də, bu tədbirə görə şəhər mərkəzində bağlanan yollar hələ açılmayıb. Digər tərəfdən,  Bakının əsas prospektlərindən olan Babək və Qara Qarayev də bağlanıb.

Hazırda sıxlıq müşahidə olunan yolları təqdim edirik: 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.

"AzPolitika.info"


Şərhlər

Samir 2024-09-16 19:01:59

Formula 1 yarışı üçün infrastruktur, ayrıca trek olmalıdır. Bizdə isə xalqı incidirlər, yolları bağlayırlar, insanlara əziyyət verib Formula1 yarışı keçirirlər. Bu bizə lazımdırmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol