Menu

“Rusiya danışıqlara hazırdır, amma Kursk ərazilərini azad etməlidir...” – HƏRBİ EKSPERT

25.09.2024, 17:49
“Rusiya danışıqlara hazırdır, amma Kursk ərazilərini azad etməlidir...” – HƏRBİ EKSPERT

Rusiya Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmayana qədər sülh danışıqlarına başlamayacaq.

“AzPolitika” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Stupak yerli mətbuata açıqlamasında deyib. “Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmayana qədər sülh danışıqlarına başlamayacaqlar, çünki əks halda onların bir nömrəli tezisi olan “yerdəki reallıqlar” tezisi dağılacaq”, - ekspert deyib.

O, hesab edir ki, Rusiya Federasiyası bütövlükdə danışıqlara hazırdır, lakin müharibəni dayandırmaq üçün öz şərtlərini diktə edə biləcəyi bir vəziyyətin yaranmasını gözləyir: “Şəxsən mən görürəm ki, onlar danışıqlara hazırdırlar. Lakin onlara elə pozisiyalar lazımdır ki, öz şərtlərini diktə edə bilsinlər. İstəyirlər ki, onların şərtləri daha üstün olsun. Rusların planına görə, hazırda işğal etdikləri bütün ərazilər onlara qalmalıdır, hətta nəzəri cəhətdən danışıqlar “Xerson bölgəsindən çıxmaq” və ya “Zaporojye AES-i azad etmək” nöqteyi-nəzərindən aparılmamalıdır”.

Xatırladaq ki, Ukrayna qoşunlarının Kursk vilayətindəki əməliyyatı avqustun əvvəlindən davam edir. Bu müddət ərzində Rusiyanın 1000 kvadrat kilometrdən çox ərazisi Ukraynanın nəzarətinə keçib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol