Menu

“Ukraynadakı müharibə hələ başlanğıcdır” - “Putinin əsl düşməni...”

26.09.2024, 14:09
“Ukraynadakı müharibə hələ başlanğıcdır” - “Putinin əsl düşməni...”

Rusiya Federasiyası üçün Ukraynada genişmiqyaslı müharibə yalnız başlanğıcdır. Demokratiya və müstəqillik Vladimir Putinin əsas düşmənləridir.

“AzPolitika” xəbər verir ki, bunu Almaniyanın Müdafiə naziri Oskar Pistorius Vilnüsdə deyib.

“Rusiya üçün Ukrayna yalnız başlanğıcdır. Rusiya hibrid üsullarla bizim birliyimizi, Avropa Birliyini və NATO-nu pozmağa çalışır. Putinin əsl düşməni bizim azad və müstəqil, demokratik həyat tərzimizdir”, - deyə nazir bildirib.

O, qeyd edib ki, 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra digər ölkələr bu çağırışa cavab vermək əvəzinə, “həyəcan siqnalını təxirə salmağa” qərar verdilər.

Bundan əlavə, Pistorius Almaniyanın 2027-ci ilə qədər Litvada tam briqada yerləşdirmək planlarını təsdiqləyib. Bu ildən artıq ölkəyə əsgər göndərilməyə başlanacaq: “Biz Avropada mərkəzi logistika qovşağı kimi məsuliyyətimizi dərk edirik, bu da qoşunların zərurət yaranarsa Atlantikadan şərq cinahına sürətlə hərəkət etməsini təmin edir... Burada 2025-ci il üçün 35 mindən çox alman əsgəri, 200 təyyarə, iki freqat və əlavə qüvvələr hazır vəziyyətə gətirilə bilər”.

“AzPolitika.info” 

Şərhlər

Adam 2024-09-26 15:30:36

kasıb əhali pis gündədir. Gecələ Zibil yeşiklərindən çörək qırıntıları yığırlar. Bizdən olmayan Talançılar isə kefdədirlər. Mellət heç veclərinə də deyil. Təki kresloları olsun. Tüpüm elə yaşayışa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol