Menu

“Biz istənilən ssenariyə hazırıq” - İran İsrailə meydan oxudu

11.10.2024, 11:35
“Biz istənilən ssenariyə hazırıq” - İran İsrailə meydan oxudu

“Biz istənilən ssenariyə hazırıq. İsraillilər İranın qətiyyətini sınaya bilər”

“AzPolitika” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

İsrailin bölgədəki qarşıdurma coğrafiyasını genişləndirməyə və Tehranı açıq bir qarşıdurmaya çəkməyə çalışdığını deyən Araqçı, İsrailin mümkün hücumuna uyğun cavab tədbirləri görəcəklərini deyib.

İsrailin fəlakətə sürüklədiyi bölgələrinin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərq ölkələrinin birləşməli olduğunu bildirən Araqçı, “İsrail rejimi bütün bölgəni fəlakətə sürükləyir. Regionun bu çətin dövrdən çıxması üçün ehtiyatlılıq, müdriklik, cəsarət və əməkdaşlıq lazımdır”,-deyə o, bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol