Kursk vilayətində vəziyyət mürəkkəbdir. Ruslar əvvəllər orada 40-50 min hərbi qulluqçu və çoxlu texnika yerləşdirmişdilər. İndi bu ehtiyatlar döyüşə göndərilib.
“AzPolitika” xəbər verir ki, bunu Ukaryna Müdafiə Nazirliyinə yaxın sayılan “DeepState” layihəsinin həmtəsisçisi Roman Poqorelı Ukrayna mediasına deyib.
O qeyd edib ki, Rusiya tərəfi Kurskda hərbi texnika və canlı qüvvə sarıdan üstünlüyə malikdir: “Ümumilikdə bu, 40-50 min hərbçidir. Oraya çoxlu texnika da gətirdilər. Kursk vilayətində vəziyyət çətindir, çünki indi Ukrayna Müdafiə Qüvvələrinin bütün bu qrupları saxlamaq üçün işi çoxalıb. Bizim döyüşçülər sona qədər cəsarətlə vuruşurlar. Amma belə bir böyük sayda düşməni saxlamaq çoxlu resurs və səy tələb edir”.
Poqorelı əlavə edib ki, hazırda ən ağır döyüşlər Ukrayna qüvvələrinin ələ keçirdiyi ərazilərin qərb cinahında gedir. Eyni zamanda, o qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ciddi radioelektron mübarizə texnikası çatışmazlığı var.
“AzPolitika.info”


Şərhlər