Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
"AzPolitika" "qaynarinfo"-ya istinadən məlumat verir ki, Sübhan Kazımov 04.09.2024-cü il tarixindən İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
"Azərpoç" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova xəbərimizi təsdiqləyib.
Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib. O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra İdarə Heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.


Şərhlər
Rabitəçilərin hamısı Əli Abbasovun atasına min rəhmət oxutururlar,Əli müəllim heç bir rabitəçinin haqqına qirmirdi,həmdə tabeçiliyində olan məmurlarada buna imkan vermirdi,qaldı rüşvətə,haqsızlığa,özbaşınalığa bunlar hamısı Əli Abbasovdan sonrakılar yaratdı və hal hazırda böyük sürətlə davam edirlər.
Əslində Subhanın poçt sahəsində yüksək post tutması keçmiş nazir N.Əhmədov səbəbkar idi,düzdü o,bilirdi bu adamın savadı və aparıcılıq qabiliyyəti yoxdur,neyləmək olar axı Əli Əhmədovla əlbir olub rabitə nazirliyin montindəki 3 hektar avtobazasını özəlləşdirib yerində hündür mərtəbəli novostroykalar tikdilər,bax buna görədə savadsız bacaraqsız Subhana güldən artıq söz demədilər.
Vəzifələrə təyin yalnız yuxarılara yerləşdirilmişlərin qohumları üçündür.Sadə azərbaycanlı xalq işsiz qalmalı.çətin dolanmal.müalicə imkanı olmamaldıır.Məhrumiyyətlərlə yaşamalı olan məmləkəyə çevriən Azərbaycan.!
Bacıoğlu Sübhan Kazımov zamanında ölkə poçtunu talayanların içərisində birinci olmasa da konkret ikinci olduğu şəksizdir. Həm də neçə birincilərin dalından vurub növbəti rəhbər gələnlə ortaq yediyini hesaba alsaq Sübhan elə yekunda hamıdan çox poçtu dağıdandır. Dəfələrlə ifşa olunsa da dayısı onu qurtarıb.Sual?: İndi bu arsız-arsız niyə yenidən poçta qayıdıb? Cavab: Poçtu dağıtmağın yolunu gözəl bilir...
Sübhan Əli Əhmədovun nəmənəciyi olmasaydı vallahi ona iki qoyunu da etibar etmək axmaqlıq olardı ki, axşam naxırdan axura qaytara bilməz. Hər şey elə sifətindən də bəllidir. Amma neyləmək olar? Nə qədər ....olsa belə Əli Əhmədovun qohumudur və bu o deməkdir ki, azı nazir müavini olmalıdır.
Bu artıq əmməlli-başlı lağa qoymaq oldu,Subhanı otağından çıxardıb yerinə vəzifəsi məlum olmayan bir uşağı yerləşdiriblər,Subhana isə teleqrafın idarəsində cıqqıli bir otağ veriblər bunun harası vəzifədir,idarə heyətin üzvü sədrin müaveni kimi səlahiyyətdədir,kakoynibudit muşavirsə katibə və yaxud katib kimi bir şeydir.Bu boyda tankı zaparojniyə döndərdilər bu bankçilər.
Bu gəldi və Azərpoçt yenə 50 il dala qayıtdı. Əli Əhmədov ürəkdi, ona görə vətən üçün, millət üçün hər şeyi məhv etmək şöhrət ordeninə layiqdir....