Menu

“ABŞ rəsmiləri Zelenskiyə təzyiq edir” – Yeni səfərbərlik istəyirlər...

16.10.2024, 17:04
“ABŞ rəsmiləri Zelenskiyə təzyiq edir” – Yeni səfərbərlik istəyirlər...

ABŞ rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə gənc ukraynalıları ordu sıralarına səfərbər etmək üçün təzyiq etməyə çalışır. Amma o, buna qarşı çıxmağı bacarır".

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Sergey Leşşenko “Telegram” hesabından paylaşım edib.

O, qeyd edib ki, ABŞ-də iki hakim partiyadan olan siyasətçilər 18-25 yaşlı gənclərin də hərbi səfərbərliyə cəlb olunmalarını istəyirlər.

“Amerika rəsmilərinin iddiası ondan ibarətdir ki, vaxtilə ABŞ-dəki gənclər 19 yaşından etibarən Vyetnamdakı müharibəyə cəlb olunublar. Buna görə də amerikalılar eyham vururlar ki, təkcə Qərb silahları kifayət etmir, hərbi səfərbərliyə də ehtiyac var”, - deyə o, qeyd edib.

Leşşenko əlavə edib ki, Zelenski bu təzyiqlərlə başa çıxır və o, siyasətçiləri hərbi xidmətə çağırış yaşını dəyişmədən də onlara silah verməyin mümkünlüyünə inandırmağı bacarıb.

Qeyd edək ki, Ukraynada məcburi hərbi xidmət yaşı bu il 27-dən 25-ə endirilib. Müvafiq qanuna əsasən, Ukraynada kişilər 25 yaşından başlayaraq müharibəyə cəlb oluna bilərlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol