Almaniyanın “BILD” nəşrinin məşhur analitiki Yulian Röpke Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi “Qələbə Planı”nı tənqid edib.
“AzPolitika” xəbər verir ki, anlitik “X” hesabından etdiyi paylaşımda sözügedən planda faktiki olaraq döyüş meydanında dönüş yarada biləcək bir məqamın olmadığını bildirib.
“NATO-ya giriş, Rusiya Federasiyasına Qərb silahları ilə zərbə endirmək üçün heç bir icazə olmayacaq. Rusiya aviasiyasına qarşı birgə hava hücumundan müdafiə sistemi də olmayacaq”, - deyə o qeyd edib.
Mövqeyini izah edən analitik vurğulayıb ki, məqamların özü deyil, onların hər birinin həyata keçirilməsinin artıq Qərbdəki tərəfdaşlar tərəfindən rədd edilməsi onu heyrətləndirib.
“AzPolitika.info”


Şərhlər