Artıq heç bir sərhəd tanımayan işğalçı İsrail ordusu Qəzza zolağının şimalındakı Cibəliyə Qaçqın Düşərgəsini bombalayıb. Nəticədə azı 33 nəfər həlak olub, 85 nəfər isə yaralanıb.
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, azğınlaşmış İsrail ordusu tərəfindən 14 gündür mühasirədə saxlanılan Qəzza zolağının şimalında axşam saatlarında Cibəliyə Qaçqın Düşərgəsi və ətraf bölgələri ağır bombardman edilib, səhiyyə sisteminin çökdürülməsi və rabitə xətlərinin kəsilməsi humanitar fəlakətə səbəb olub.
Qəzzada Fələstin hökumətinin verdiyi yazılı açıqlamaya görə hava hücumları nəticəsində 21-i qadın və uşaq olmaqla ən azı 33 fələstinli həlak olub. Vəziyyəti ağır olanlar da daxil olmaqla 85 nəfərin yaralandığı bildirilir. Açıqlamada dağıntılar altında hələ də çoxlu adamın olduğu təxmin edildiyi üçün ölənlərin sayının 50-yə çata biləcəyi ehtimal olunur.
Belə görünür ki, soyqrımçı Netanyahu rejimi qandan doymur!
"AzPolitika"


Şərhlər