Menu

Koreyalılar ruslar üçün bu istiqamətdə döyüşəcəklər - Xəndəklər və sığınacaqlar hazırlanır

21.10.2024, 11:21
Koreyalılar ruslar üçün bu istiqamətdə döyüşəcəklər - Xəndəklər və sığınacaqlar hazırlanır

Rusiyanın Şimali Koreyadan gələcək hərbi personalı hara göndərəcəyi məlum olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “VÇK-OQPU” “Telegram” kanalı öz hərbi mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, koreyalılar Kursk vilayətində gedən döyüşlərə cəlb oluna bilərlər. Onlar üçün hazırda Kurskda döyüş mövqelərinin yaradıldığı, xəndəklərin və sığınacaqların hazırlandığı bildirilib.

Qeyd olunur ki, rus hərbçilər bir neçə gündür sözügedən mövqeləri yaratmaq üçün meşələrdə ağacları kəsməyə başlayıblar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol