Menu

Bill Qeytsdən Harrisə dəstək – 50 milyon bağışladı

23.10.2024, 13:55
Bill Qeytsdən Harrisə dəstək – 50 milyon bağışladı

ABŞ-nin “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts Demokratlar Partiyasından prezidentliyə namizədi Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar ianə bağışlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri adı açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb.

Mənbələr Qeytsin Nyu-Yorkun keçmiş meri Mayk Blumberq kimi insanlarla ianə ilə bağlı danışdığını qeyd edib və “Bloomberg”-in də bu təşkilata yaxın məbləğdə ianə etdiyini bildirib.

Qeyts “NYT”-yə açıqlamasında Harrisin namizədliyinə ianə və dəstək kimi mövzulara toxunmayıb, lakin 2024-cü il prezident seçkilərinin digərlərindən fərqli olduğunu bildirib.

O, ABŞ-də və dünyada səhiyyənin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə açıq öhdəliklər nümayiş etdirən namizədləri dəstəklədiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol