Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 28-29-da Gürcüstana səfər etmək niyyətindədir.
Bu barədə bazar günü Gürcüstan hökuməti məlumat yayıb. Baş nazir İrakli Kobaxidzenin ofisi qeyd edib ki, o və Orban bir sıra görüşlərdən sonra mətbuata açıqlamalar verəcəklər.
Viktor Orban hakim “Gürcü arzusu” partiyasını oktyabrın 26-da keçirilən parlament seçkilərində qələbə münasibətilə təbrik edən ilk xarici lider olub. O, bunu ilk rəsmi səsvermə nəticələri ortaya çıxmazdan əvvəl edib.
Macarıstanın hazırkı Baş naziri Gürcüstan müxalifətinin Rusiyayönlü partiya adlandırdığı “Gürcü Arzusu”nun rəhbərlik etdiyi hökumətin əsas müttəfiqlərindən biridir.
“AzPolitika.info”


Şərhlər