Rusiya Prezidenti Vladimir Putin yeni strateji nüvə qüvvələrinin təlimini izləyib.
"AzPolitika" xəbər verir ki,Putin sözügedən təlimi videobağlantı vasitəsilə izləyib.
O, Rusiya hərbi rəsmiləri ilə keçirdiyi görüşdə strateji çəkindirmə elementlərinin gücləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib.
Təlimdə nüvə silahının istifadəsi ilə bağlı hərbi əməliyyatların sınaqdan keçirildiyi bildirilib.
Putin nüvə silahından istifadənin yalnız “müstəsna” hallarda aktivləşdirilə bilən təhlükəsizlik tədbiri olduğunu bildirib və əlavə edib:“Nüvə silahı ölkəmizin suverenliyinin və təhlükəsizliyinin təmin edilməsində mühüm element olmaqda davam edir. Bu elementlər qlobal sabitliyin təmin edilməsində, nüvə bərabərliyinin və qüvvələr balansının qorunmasında mühüm rola malikdir. Artan geosiyasi gərginlik və yeni təhlükələr fonunda müasir nüvə qüvvələrinin hər an istifadəyə hazır olması böyük əhəmiyyət kəsb edir”.
Rusiyanın nüvə gücünü yeniləməkdə qərarlı olduğunu vurğulayan Putin, bu məqsəd üçün lazım olan maliyyə qaynaqlarının mövcud olduğunu ifadə edib.
"AzPolitika.info"


Şərhlər