Menu

İranda təyyarə qəzası baş verdi - SEPAH generalı həlak oldu

04.11.2024, 13:39
İranda təyyarə qəzası baş verdi - SEPAH generalı həlak oldu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinə məxsus yüngül tipli təyyarə İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Sirkan sərhəd bölgəsində qəzaya uğrayıb.

"AzPolitika" xəbər verir ki, qəza döyüş təlimi icra edərkən baş verib.

Məlumata görə, təyyarə qəzası nəticəsində SEPAH-ın briqada generalı Həmid Mazandarani və təyyarənin pilotu həlak olub. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol