Lüksemburq Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsinə qarşıdır, çünki bundan sonra gərginliyin artacağından ehtiyatlanır.
“AzPolitika” xəbər verir ki, bunu NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı ölkənin xarici işlər naziri Ksavye Bettel deyib.
“Ukraynanın NATO-ya üzvlüyü yenidən gərginliyə səbəb olacaq. Rusiyanın hücumuna məruz qalan bir ölkənin üzvlüyü dərhal növbəti münaqişələrə səbəb ola bilər”,-deyə o, qeyd edib.
“Le Monde” yazır ki, ABŞ, Almaniya və Macarıstan Ukraynanın NATO-ya daxil olmasına qarşıdır. Bu ölkələrin mövqeyini əvvəllər prezident Volodimir Zelenski də təsdiqləyib.
Xarici mətbuatın yazdığına görə, Britaniya və Fransa isə Kiyevin NATO-ya üzv olmasında israrlı mövqedən çıxış edirlər.
“AzPolitika.info”


Şərhlər