Menu

Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib, 5-i ölüb

06.12.2024, 10:08
Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib, 5-i ölüb

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib, beş nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər botulizm, 4 nəfər göbələkdən, 3 nəfər allergik reaksiya, 1 nəfər etanol, 1 nəfər siçan dərmanı (rodentisid), 1 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi, 2 nəfər qadın) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.

Şərhlər

Fəqan 2024-12-06 12:18:01

Marketlərdə satışda olan ərzaq mallarına nəzarətin zəif olması.AQTA-nın vəzifəsinin öhdəsindən gəlməmədi (və ya rüşvətlə kənarda qalması ) belə halların baş verməsinin əsas səbəblərindəndir.Bu sahədə dövlət nəzarəti hiss olunmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol