Menu

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri tərəfləri Suriyada dialoqa çağırıb

07.12.2024, 16:53
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri tərəfləri Suriyada dialoqa çağırıb

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Dohada keçirilən görüşdə tərəfləri Suriyada dialoqa çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada Astana formatında keçirilən görüşün yekunları ilə bağlı bildirib.

Onun sözlərinə görə, Astana formatının iştirakçı ölkələri Suriyanın suverenliyinə sadiqliklərini təsdiqləyiblər.

Lavrov qeyd edib ki, terrorçuların Suriyada torpaqları ələ keçirməsinə imkan vermək olmaz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol