Menu

İtaliyada “Eni” şirkətinə məxsus müəssisədə partlayış baş verib - Ölənlər var

09.12.2024, 16:53
İtaliyada “Eni” şirkətinə məxsus müəssisədə partlayış baş verib - Ölənlər var

İtaliyada “Eni” neft və qaz şirkətinin obyektində baş verən partlayış nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra hadisə yerində yanğın baş verib. Bundan əlavə, dörd nəfər itkin düşmüş hesab olunur.

Hadisə Florensiyanın şimalında yerləşən Kalentsano şəhərində baş verib.

Bildirilib ki, hadisənin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol