“Qərbdə bu iki proses nə üçünsə bir-birindən ayrıdır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik”.
Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. "Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu halda... Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir.
Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.
Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”

Şərhlər
Azərbaycan Prezidenti “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində "Ermənistanla" sülh sazişinin bağlanılmasında razılaşdırılmamış şərtlərə bir daha aydınlıq gətirib. O şərtlər ki, bəlkə də bağlanacaq müqavilənin əsas stünunu özündə ehtiva edir. Ölkə Başçısı bu məsələlər də ona görə israrçıdır ki, ermənilərə güvənmir və xalq olaraq bizlər də güvənmirik. Çünki, 1920 ildə beynəlxalq güclərin basqısı ilə İravan mahalı və ona bitişik ərazilər də daxil olmaqla, cəmi 9,8 min kv km sərhədlər çərçivəsində ermənilərə dövlət olmaları üçün torpaq verilmişdir və erməmilər də o zaman Azərbaycanın başqa ərazilərinə sonradan iddia etməyəcəklərinə söz vermişdilər. Sonra nə oldu. Ermənilər keçmiş SSRİ bolşevik hökümətinin dəstəyi ilə əlavə olaraq 20,0 min kv km torpaqlarımıza əl qoydular. Əslində bu gün ermənilərin sazişi imzalamaq üçün Azərbaycan dövlət Başçısının öz müsahibəsində qeyd etdiyi şərtləri qəbul ermənilərinin arxasında yenə də 1920 ci ilddəki məkr durur. Məhz bu baxımdan Azərbaycan xalqı 7-dən 70-ə Ölkə Başçısının sülh sazişi ilə bağlı qeyd olunan şərtlərin qəbulunda göstərmiş olduğu qətiyyətin və dik duruşun arxasındayıq və dəstəkləyirik. Çünki, ermənilərə güvən konusunda bizim səhv etmək limitimiz artıq tamamilə tükənib.