TÜRK DÜNYASININ İLHAM ƏLİYEV FENOMENİ - Komitə sədrinin məqaləsi

Sadiq QURBANOV,

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Türkçülük idealları dərin tarixi köklərə və mənəvi dəyərlərə əsaslanır, milli yaddaşımızdan qaynaqlanır. Minillik dövlətçilik tarixi olan türk xalqlarının ayrı-ayrı boyları öz tarixi yaddaşında bu ideyanı daima yaşatmışlar. Bu mədəni irsin siyasi platformaya çevrilməsi üçün hələ ötən əsrin əvvəllərində türk dünyasının fikir adamları İsmayıl bəy Qaspıralı, Yusif Akçura, Zəki Vəlidi Toğan, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ayaz İsaki, Sədri Maksudi Arsal və digərləri çalışsalar da, onu gerçəkləşdirmək mümkün olmamışdır. Bu amal türk xalqlarının təhtəl şüurunda gerçəkləşməmiş arzu kimi qalmışdır.

Bu ideyanın siyasi platformaya çevrilməsi, türk xalqlarının bir təsisat altında birləşməsi ideyası məhz Heydər Əliyevin simasında öz intibah dövrünü yaşamağa başladı. Təsadüfi deyil ki, böyük dövlət xadimi Süleyman Dəmirəl "Azərbaycan Prezidenti, qardaşım Heydər Əliyev" adlı məqaləsində (2003) Azərbaycan xalqının Ümummilli Liderinin tarixi xidmətlərini dünyanın böyük dövlət adamlarının öz xalqları qarşısındakı böyük xidmətləri ilə müqayisə edərək göstərir ki, Çörçilin 1940-cı, Ruzveltin 1942-ci, Adenaurun 1946-cı, De Qollun 1958-ci ildə gördükləri işləri Heydər Əliyev 1993-cü ildə gördü. Və Heydər Əliyevin "intəhasız təcrübəsi, qətiyyəti, əzmi, uzaqgörənliyi, sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına olan sonsuz məhəbbəti, türk tarixinə, mədəniyyətinə və türklüyə bağlılığı, vətənpərvərliyi hər cür tərifdən yüksəkdə dayanır". Tarixi keçmişinə biganə qalan xalq kökündən qurumağa başlayan ağaca bənzəyir. Qüdrətli düha sahibi olan öz müdriklərini milli düşüncə örnəyi kimi qəbul edən, ağıllı, kamil şəxsiyyətlər yetişdirən xalq özünün tarixi milli-mənəvi dəyərlər zənginliyi ilə öyünməkdə haqlıdır.

Tariximizi tanıdan, yazılı qaynaqlarımızı əbədiləşdirən şəxsiyyətlər indi gözümüzün önündə olmasalar da, onların tarixi bizə tanıdan əsərləri hamımızı sevindirir, qürurlandırır. Gələcəyimizə bu prizmadan baxmaq bizim ən vacib vətəndaşlıq borcumuzdur.

Məhz bu kontekstdən yanaşsaq, Ulu Öndər Heydər Əliyevin türkçülüyə bağlılığı sonradan Türk Dövlətləri Təşkilatının qurulmasına təkan oldu. Bu siyasət Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtında sistemli şəkildə davam etdi və ən yüksək zirvəsinə çatdı.

Hələ 2013-cü ildə Prezident İlham Əliyev qeyd edirdi: "Dünyanın müxtəlif yerlərində, əfsuslar olsun ki, islam dünyasında vəziyyət fərqli istiqamətdə gedir. Qarışıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meyilləri gücləndirməliyik". İlham Əliyevin "türk xalqlarına yönəlik bütün müsbət meyilləri gücləndirməliyik" tezisi türk dünyasının hərəkətverici qüvvəsinə çevrildi, türk dünyasının müxtəlif platformalarda inteqrasiyasını intensivləşdirdi. Dünyanın yeni düzən arayışında olduğu indiki dönəmində türk dövlətlərinin birgə hərəkət etməsi üçün həm yaxşı şans yaranmış, həm də onların hər birinin milli maraqları baxımından böyük zərurətə çevrilmişdir. Hazırda zəngin təbii resurslara, məhsuldar torpaqlara və nisbətən yüksək insan kapitalına sahib olmaları, mühüm beynəlxalq və regional nəqliyyat və kommunikasiya şəbəkələrinin mərkəzində yerləşmələri, əsasən, Türkiyə, Qazaxıstan və Özbəkistanda olmaqla nisbətən inkişaf etmiş sənaye sahələrinin formalaşması, ortaq tarix, dil, mədəniyyət və coğrafiyanı bölüşmələri türk dövlətlərinin sürətli inteqrasiyası üçün əlverişli zəmin yaradır.

Bu gün müstəqil türk dövlətlərinin toplam göstəricilərinə baxdıqda, ərazilərinə görə dünya ölkələri arasında 7-ci, əhali sayına görə 9-cu, ümumi daxili məhsullarına görə 16-cı, təbii qaz rezervlərinə görə Rusiya, İran və Qətərdən sonra 4-cü, neft istehsalına görə 9-cu, qızıl və bor rezervlərinə görə 1-ci, uran rezervlərinə görə 2-ci, xrom ixracına görə isə 2-ci sırada olduqları görünür. 2023-cü ilin sonunda müstəqil türk dövlətləri əhalisinin 165 milyona çatdığını görmüş olarıq. Qeyd edək ki, 1,1 trilyon dollar milli gəliri və 560 milyard dollarlıq xarici ticarət dövriyyəsi ilə türk dövlətləri böyük iqtisadi potensiala malikdirlər.

Dünya xalqları içərisində özünəməxsus mədəni inkişaf səviyyəsi, dövlətçilik şüuru olan türklər ən qədim dövrdən müasir günümüzədək Avrasiyasının aparıcı super etnosu olduğunu təsdiq etmişdir. Avrasiyanın geniş "çöl-step" zonalarında təşəkkül tapan, müxtəlif dilli tayfaların əhatəsində formalaşan, cəsurluğu ilə hərb tarixinə adını yazdıran, dünya elm və mədəniyyət xəzinəsini qiymətli əsərlərlə zənginləşdirən türklər müxtəlif coğrafiyalarda fərqli inkişaf mərhələsindən keçmişlər. Dünyanın ən dinamik, passionar xalqlarından olan türklər məhz bu keyfiyyətlərinə görə ümumdünya sivilizasiyasının formalaşmasında yaxından iştirak etmişlər.

Yer kürəsinin sıx məskunlaşmış xalqlarından olan türklərin böyük bir hissəsi tarixən Avrasiya materikində yaşasalar da, müxtəlif zamanlarda müəyyən səbəblərdən uzaq Amerika və Avstraliya qitələrinə də yayılmışlar. Müasir dövrdə türk dünyasının coğrafiyası qərbdə Balkan yarımadasından şərqdə Sakit okeana, şimalda Şimal Buzlu okeandan cənubda Tibetə qədər uzanan 11,2 milyon kvadrat kilometrlik ərazini əhatə etməkdədir. Türk xalqlarının yaşadığı ərazi Yer kürəsinin quru sahəsinin 7,5 faizini təşkil edir. Bu geniş coğrafiyada 250-300 milyon civarında türk əhalisi yaşayır ki, bu da bütövlükdə ümumdünya əhalisinin 3-4 faizini təşkil edir.

Dövlətçilik şüuruna daha tez yiyələnən türklər tarixdə ən çox dövlət, imperiyalar qurmağa müvəffəq olmuşlar. Belə ki, türklər ümumilikdə 110 dövlət yaratmışlar ki, bunların 15-i xaqanlıq (imperatorluq), 38-i dövlət, 34-ü bəylik, 4-ü atabəylik, 17-si xanlıqdır.

SSRİ-nin süqutu nəticəsində imperiya parçalandı, türk dövlətləri müstəqilliyin bərpası uğrunda yenidən mübarizəyə başladılar. Beləcə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan respublikaları dövlət müstəqilliyini bərpa edərək BMT-nin tamhüquqlu üzvü oldular. Türkiyə Cümhuriyyəti də daxil olmaqla, artıq müstəqil türk respublikalarının ərazisi türk dünyasının 43 faizini təşkil edir. Bu da türk dünyasının 4,8 milyon kvadrat kilometrini təşkil edir. Yerdə qalan 57 faizlik (6,4 milyon kvadrat kilometrlik) ərazi isə digər ölkələrin sərhədləri daxilindədir.

Türk Dövlətləri Təşkilatını formalaşdıran dövlətlərin ərazisində qədim dövrdən Türk-Turan sivilizasiyası mövcud olmuşdur. Qeyd edək ki, Turan sözü ilk dəfə Sasani şahənşahı I Şapura (III əsr) məxsus qaya yazısında çəkilmişdir. İlkin mərhələdə Avrasiyanın türklər yaşayan ərazilərinə şamil edilən Turan coğrafi adı daha sonralar türklərin ümumi vətəni anlamını ifadə etməyə başladı.

Ucsuz-bucaqsız türk coğrafiyasını vahid Turan dövlətində birləşdirmək uğrunda mübarizə aparan Atilla, Çingiz xan və digər görkəmli türk xaqanlarının 40 yaşlarında hakimiyyətə gəlmələri və bu ağır yükü çiyinlərinə götürmələrində bir tale oxşarlığı vardır. Qərb alimlərinin yekdil fikirlərinə görə, əgər Atilla I minilliyin ən qüdrətli hökmdarı olmuşdursa, Çingiz xan da II minilliyin ən qüdrətli hökmdarı kimi qəbul edilmişdir. Məhz onların və varislərinin səyləri nəticəsində e. ə. VII əsrdən XIX əsrin ortalarınadək (1858-ci ildə Moğol imperiyası süqut etmişdir) Sakit okeandan Qara dənizin şimal sahillərinə və Macarıstana qədərki ərazilərdə - Pannoniyada düzlərində türk hakimiyyəti bərqərar olmuş, türk dövlətləri bir-birini əvəzləmiş, qurd başlı bayraq davamlı şəkildə dalğalanmışdır.

Böyük İpək yolu üzərində yerləşən nəhəng türk dövlətləri dünyanın siyasi taleyini həll edəcək bir duruma gəlmiş, ilk diplomatik əlaqələr qurulmuşdur. Türk ehtişamının yüksəldiyi bu dövrdə dövlətçiliyin nüvəsini "başı olanlara baş əydirin, dizi olanlara diz çökdürün" şüarı olmuşdur. Türk xaqanı Bilgə xaqanın Orxan kitabələrində öz xalqına xitab etdiyi fikirlərə diqqət yetirək: "Ey türk, üstdə mavi göy çökmədikcə, altda yağız (əsmər) yer dəlinmədikcə, sənin elini və törəni kim poza bilər". Bu Turan elində dövlət-törə birliyinin monolitliyindən xəbər verir və dövlətçilik fəlsəfəsinin əsasını təşkil edirdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətində türk dünyası daxilində əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi də mühüm yer tutmuşdur. Ulu Öndər respublikamızda 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə siyasi, iqtisadi, mədəni, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığa xüsusi diqqət yetirmişdir. O, çıxışlarında, rəsmi görüşlərində türk xalqlarının ortaq mənəvi dəyərlərə malik olmalarını yüksək qiymətləndirmiş, bu zəmində münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını zəruri saymışdır. Bu baxımdan, Ulu Öndərin fikirləri günümüz üçün çox aktualdır: "Bizim türk mənşəli, türkdilli xalqlarımız, tarixi, milli, mənəvi ənənələri eyni və yaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indi mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür".

Ulu Öndər Heydər Əliyev 1994-cü il fevralın 9-da Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı üzünü millət vəkillərinə, hökumət rəsmilərinə tutaraq Mustafa Kamal paşanın Türkiyə Cümhuriyyətinin Türk Dünyasının lideri kimi çox önəmli bir missiyanı öz üzərinə götürməsi gərəkliyi haqqında məşhur fikrini xatırlatmışdır: "Burada mən Mustafa Kamal Atatürkün çox dəyərli bir fikrini yadınıza salmaq istəyi-rəm, çünki onun bu fikri Türkiyənin üzərinə düşən vəzifələrin çox böyük olduğuna və Mustafa Kamal Atatürkün çox uzaqgörən bir şəxsiyyət olduğuna dəlalət edir. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə çıxışında demişdir: "Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, xaric bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların, tarixi köklərin bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır".

Möhtərəm Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizin inkişafında yeni mərhələ başlamışdır. Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi cəhətdən güclənmiş, xalqımızın mübarizə ruhu, əzmkarlığı daha da yüksəlmişdir. 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə, beynəlxalq arenada nüfuzunun artmasına, türk dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratmışdır.

12 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə "Səmərqənd Bəyannaməsi"nin qəbul edilməsi isə təşkilatın "2040-cı il baxışı"nın reallaşdırılması istiqamətində atılacaq addımların aydınlaşması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2023-cü il martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı türk birliyinin yeni daha yüksək zirvəyə yüksəlməsi ilə əlamətdar olmuşdur. Bu fövqəladə Zirvə toplantısında qardaş Türkiyədəki 6 fevral fəlakəti əsas müzakirə mövzusu olmuş, fövqəladə halların idarə edilməsi sahəsində yardımlaşmanı inkişaf etdirmək və Türkiyəyə humanitar yardım göstərilməsi qərara alınmışdır. Bununla da türk dövlətləri bir daha dünyaya nümayiş etdirdilər ki, ən ekstremal durumda, böyük fəlakətlə üzləşdikləri zamanda belə, türk özünü, milli kimliyini, məğrurluğunu itirmir, bütün ağrılara, acılara, fəlakətlərə, sınaqlara mərdi-mərdanə sinə gərir. Həmin görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının bütün türklər üçün arxalanacaqları böyük güc olduğunu və öz fəaliyyətində bunu daim nəzərə almalı olduğunu xüsusi vurğulamışdır: "Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır".

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş TDT-nin sıraları Özbəkistan, Türkmənistan və Macarıstan dövlətlərinin qoşulması ilə 7-yə çatmışdır. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Təşkilatın sıralarına müşahidəçi qismində daxil edilməsi də TDT-nin coğrafiyasının genişlənməsinə xidmət edir. Türk dünyasının mənəvi və siyasi baxımdan birləşib güc mərkəzi kimi birgə fəaliyyətinə toxunarkən deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin təməl prinsipləri əsasında türk dünyasının liderləri başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla bunu uğurla davam etdirirlər.

Prezident İlham Əliyevin özü qardaşlıq nümunəsini formalaşdıran örnək bir şəxsdir. Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitində (24 aprel 2014-cü il) bu mövzuda ən yaddaqalan hadisələrdən biri baş verdi. Ermənistan eks-prezidenti Serj Sarkisyan Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edərək plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdir. S. Sarkisyan bir tərəfdən Türkiyəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə çalışıb ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə bağlı daha təsirli mövqe tutsun.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə adından dərhal məsələyə reaksiya verməsi türk dövlətlərinin beynəlxalq miqyasda vahid platformadan çıxış etməsinin ən gözəl nümunəsinə çevrildi. Prezident İlham Əliyev: "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi ermənilər idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam edir".

Əlbəttə həmin dövrlər arxada qalıb. Türkiyədə baş verən dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı və dövləti birmənalı şəkildə türk xalqının haqq səsinə səs verdi. Həmin günləri indi də həyəcanla xatırlayırıq. Biz Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək öz həmrəyliyimizi bildirdik, hətta gecə səhərə qədər səfirlikdə qaldıq.

Türkiyədə baş vermiş ağır zəlzələ zamanı sadə Azərbaycan ailələrinin yardımı Türkiyədə minnətdarlıq sevgisi ilə qarşılandı. Qardaş ölkədə irimiqyaslı meşə yanğınları zamanı ilk yardıma gedən də məhz Azərbaycan türkləri oldu. Türk xalqlarının birliyi, qardaşlığı Türkiyə-Azərbaycan münasibətləri fonunda bütün türk dünyasına örnək oldu.

İlham Əliyevin prezidentliyi dönəmində uzun illər mübahisələrə səbəb olan Türkmənistanla Azərbaycan arasında mübahisəli qaz yataqları ilə bağlı razılıq əldə edildi.

44 günlük Zəfər müharibəsi zamanı da türk dünyasının mənəvi birliyinin şahidi olduq. Türkiyə dövlətinin mənəvi dəstəyi qələbəmizin təmin olunmasında mühüm rol oynadı.

Zəfər müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bu dostluq və qardaşlığın artıq daha geniş platformada özünü ifadə etdiyinin şahidi olduq. Şuşa Bəyannaməsində Qars müqaviləsinə sadiqliyin bir daha vurğulanması türk birliyinin tarixi ənənələrə söykəndiyini nümayiş etdirdi. Müharibədən sonra Qarabağda aparılan tikinti-quruculuq işlərinin həyata keçirilməsində Türk Dövlətləri Birliyi üzvü olan ölkələrin iştirakı da ən vacib addımlardan biridir.

Şübhəsiz ki, türk xalqlarının yaxınlaşmasında ortaq mədəniyyət və dil birliyinin mühüm rolu danılmazdır. İki türk dövlətinin başçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə rəsmi görüşdə türk dilində danışmaları ortaq türkcənin eyni soy-kökə malik türk xalqlarının yaxınlaşmasında müstəsna rolunu bir daha təsdiqləmiş oldu.

Uzun müzakirələrdən sonra 9 sentyabr 2024-cü ildə Bakı şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclasında türk dövlətlərinin vahid 34 hərfdən ibarət əlifbası qəbul edildi. Bu artıq türk birliyinin inteqrasiyasının ən yüksək səviyyədə olmasının ən gözəl nümunəsi kimi bu birliyin alternativsizliyinə inamı bir daha artırdı. Türk xalqları ilə münasibətlər fonunda qardaş Özbəkistanla son illər artırılan qarşılıqlı intensiv səfərlər gözəl nəticələrə səbəb oldu. İşğaldan azad olmuş Füzuli şəhərində 23 avqust 2023-cü ildə Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq".

2023-cü ildə Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdır. Artıq 2024-cü ildə Türkiyə-Azərbaycan Universiteti (TAU) fəaliyyətə başladı.

Beləcə, Ulu Öndər Heydər Əliyevin başlatdığı, cənab İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilən Türk Birliyi yaradılması və inkişaf etdirilməsi strategiyası təkcə Anadoluda, Qafqazda və Mərkəzi Asiyada yaşayan və müstəqil dövlətə malik türk xalqları üçün deyil, həm də bütün dünyaya səpələnmiş, fərqli ölkələrdə yaşayan türklər üçün ümid işığı, güvənc yeri kimi son dərəcə qiymətlidir və gələcəyə daha inamla baxmağa imkan verir.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.