Çində COVID-19-a bənzər yeni virus yayılıb. Bu barədə NDTV telekanalı məlumat yayıb. Bildirilir ki, bir çox xəstə, o cümlədən uşaqlar xəstəxanalara yerləşdirilib.

Telekanalın məlumatına görə, virusun əsas simptomları arasında üşütmə, öskürək, boğaz ağrısı, zəiflik və başgicəllənmə qeyd olunur.

Ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib. Lakin bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.

Bununla yanaşı, Çin hakimiyyəti mövsümi tənəffüs yolu xəstəliklərinin artdığını təsdiqləyib. Aparılan araşdırmalara görə, xəstələrdə qrip virusu, insan metapnevmo virusu və rinovirus yayılıb.

***

Çində insan metapnevmovirusu yayılıb.

"Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən məlumat yayıb.

Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. Metapnevmovirusu əsasən 14 yaşa qədər insanlara təsir göstərir.

Metapnevmovirus bütün Çində aktiv şəkildə yayılır. Həmçinin, son bir ayda aparılan təhlillərə əsasən insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə yoluxurlar.