"Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək”.
"AzPolitika"-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputatın sözlərinə görə, pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır: "Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı ğözlənilir".
Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının 1-dən hesablansa da artımlar fevral ayından ödəniləcək. Bunun səbəbləri nədir?
Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır: "Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək. 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.
"Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq” – V.Bayramov əlavə edib.

Şərhlər
Ay hörmətli deputat! 2024-cü il ərzində ərzaq.nəqliyyat.kommunal xidmətlər.dərman vasitələri və sairənin 35-40 və aha çox faz artdığını bilirsinizmi? Əvəlcə bunu araşdırın,sonra havadan götürdüyünüz 8 faizlə pensiyaçılara nə vəd etdiyinizə diqqət edin İinsanda əsas xüsusiyyətlərdən biri də utanc hissini keçirməyi bacarmaqır.8 faiz deyəndə,yazanda pensiyaçıların yaşamına ağir təsir edildiyini düşünə bilirmisiniz?Niyə hökumət yanlış faizlərlə manipulyasiya edir?Siz də təsdiqləyirsiniz.Ayıb deyilmi?Xalq sizi bunun üçün seçib?
30-50 man. artım olacaq ,fəxrlə hər gün eyni mövzunu təkrarlayırlar ,çünki deputatın deyəcəyi söz yoxdur .Mənim təklifim -həmin artımı birdəfəlik komunal xidməti idarələrinə köçürsünlər ,canımız qurtarsın
Sən yorulmadın bu dəyərli açıqlamalardan?