Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Müşavirənin videosunu təqdim edirik:
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Müşavirənin videosunu təqdim edirik:
Şərhlər
Çox sağ oıun hörmətli Azpolitika. Hər birimiz yumruğu bir nöqtəyə vurmuş olsaq bir çox məsələlərdə Prezidentə dəstək vermiş olardıq. Onun fəaliyyət dairəsi o qədər çoxşaxəlidir ki, hər məsələni nəzarətdə saxlayası deyil. Administrasiyada oturan məmurlar isə ona bu işdə dəstək əvəzinə işinə problem yaradırlar, işini əngəlləyirlər.
AYNA sftomobil yol tikintisini həyata keçirəcəksə və ya nəzarət edərsə işimiz var demək bu tıxac məsələsi hələ olmayacaq UKRAYNA dairəsini yolu daraltmış kimi hələ xəttə çəkib ki o xətdə daxil olma və Babək pr köhnə maşın bazarının yanındakı dairəni saldığı günə salacaq yəni tıxac olmayan yerlərdə tıxac olacaq
Bilmirəm, Azpolitika bu yazını verəcəkmi? Hər halda verəsi olsa, bu həm Azpolitikaya başucalığı gətirər və cənab Prezidentə bir növ dəstək olardı. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “yol hərəkətinin təşkili”nin anlayışı verilmiş və Qanunun bir sıra maddələrində bu terminə istinad edilmişdir. Təəssüf ki, “yol hərəkətinin təşkili”nin əsl mahiyyəti açıqlanmamışdır. Dövlət Yol Polisi Baş İdarəsinin başbilənləri bilməmiş deyillər ki, “Yol hərəkətinin təşkili” haqqında xüsusi Qanun qəbul edilməyincə istər hər hansı maliyyə dəstəyi olsun və ya digər tədbirlər, Bakı şəhərində tıxac problemi yüzdə yüz həll olunası deyil, çünki bu Qanun baza Qanunudur. Bu məsələni cənab Prezidentə olduğu kimi məruzə etsələr, yəqin ki, tıxac problemi həllini tapmış olar. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında təsdiq olunmuş Dövlət Proqramının 7.1.6.1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin, habelə yol hərəkətinin təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Cənab Prezidentin yanvarın 28-də keçirmiş olduğu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə “ağıllı” görkəmdə oturmuş məmurlara baxanda sözün açığı özüm-özümdən utandım. Videoya baxanda onun şahidi oldum ki, bütün iştirakçılar elə görkəm alıblar ki, guya cənab Prezidentin çıxışından nəticələr çıxarırlar. Əslində onlar öz problemləri ilə məşğul idilər. Bunlar məgər bilmirlər ki, Dövlət Proqramının bir çox bəndləri bu günə kimi (məs., texniki baxışla bağlı məsələlər) havadan asılı vəziyyətdə qalıbdır. Bir nəfər belə tapılmadımı Prezidentin nəzərinə çatdırsınlar ki, onun imzaladığı Sərəncama bu qədər “hörmət və sayğı” göstərilir. Odur ki, neçə iclas keçirirlər keçirsinlər tıxac problemi həll olunası deyil, boş-boşuna da maliyyə ayırmağa ehtiyac yoxdur. Mən dövlət başçısı olsa idim bu məmurlardan bir-bir soruşardım ki, Dövlət Proqramına bu qədər hörmətsizlikmi olar? ALLAH axırımızı xeyirli eləsin.
Bilmirəm, Azpolitika bu yazını verəcəkmi? Hər halda verəsi olsa, bu həm Azpolitikaya başucalığı gətirər və cənab Prezidentə bir növ dəstək olardı. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “yol hərəkətinin təşkili”nin anlayışı verilmiş və Qanunun bir sıra maddələrində bu terminə istinad edilmişdir. Təəssüf ki, “yol hərəkətinin təşkili”nin əsl mahiyyəti açıqlanmamışdır. Dövlət Yol Polisi Baş İdarəsinin başbilənləri bilməmiş deyillər ki, “Yol hərəkətinin təşkili” haqqında xüsusi Qanun qəbul edilməyincə istər hər hansı maliyyə dəstəyi olsun və ya digər tədbirlər, Bakı şəhərində tıxac problemi yüzdə yüz həll olunası deyil. Bu məsələni cənab Prezidentə olduğu kimi məruzə etsələr, yəqin ki, bu məsələ həllini tapmış olar. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında təsdiq olunmuş Dövlət Proqramının 7.1.6.1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin, habelə yol hərəkətinin təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Cənab Prezidentin yanvarın 28-də keçirmiş olduğu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə “ağıllı” görkəmdə oturmuş məmurlara baxanda sözün açığı özüm-özümdən utandım. Videoya baxanda onun şahidi oldum ki, bütün iştirakçılar elə görkəm alıblar ki, guya cənab Prezidentin çıxışından nəticələr çıxarırlar. Əslində onlar öz problemləri ilə məşğul idilər. Bunlar məgər bilmirlər ki, Dövlət Proqramının bir çox bəndləri bu günə kimi (məs., texniki baxışla bağlı məsələlər) havadan asılı vəziyyətdə qalıbdır. Bir nəfər belə tapılmadımı Prezidentin nəzərinə çatdırsınlar ki, onun imzaladığı Sərəncama bu qədər “hörmət və sayğı” göstərilir. Odur ki, neçə iclas keçirirlər keçirsinlər tıxac problemi həll olunası deyil, boş-boşuna da maliyyə ayırmağa ehtiyac yoxdur. Mən dövlət başçısı olsa idim bu məmurlardan bir-bir soruşardım ki, Dövlət Proqramına bu qədər hörmətsizlikmi olar? ALLAH axırımızı xeyirli eləsin.