Menu

“Rus Evi”nin adı ilə bağlı tədbir görüləcək - Rəsmi AÇIQLAMA

04.02.2025, 20:08
“Rus Evi”nin adı ilə bağlı tədbir görüləcək - Rəsmi AÇIQLAMA

“Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

"AzPolitika" xəbər verir ki, bu barədə Report-a ADRA-dan bildirilib.

Qeyd olunub ki, “Reklam haqqında” Qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

Məlumata görə, reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Agentlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə Dövlət Reklam Agentliyi açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan hallarda və qaydada, həmçinin “Reklam haqqında” qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.

Həmin Qaydanın 3.2-3.5-ci bəndlərinə əsasən Dövlət Reklam Agentliyi açıq məkanda icazə əsasında yayımlanan və yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamlarda “Reklam haqqında” qanunun və digər qanunvericilik aktlarının pozulması hallarını aşkar etdikdə, eləcə də icazəsiz və yayım haqqını vaxtında ödəmədən reklam yayımı hallarını müəyyənləşdirdikdə, pozuntu halları təsvir olunmaqla, müvafiq akt tərtib edir və həmin pozuntuların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verir.

Sözügedən yazılı göstərişdə nəzərdə tutulan tələblər yerinə yetirilmədikdə, qanunvericilik aktlarının müddəaları pozulmaqla yayımlanan reklamın yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Bununla yanaşı, adıçəkilən Qaydanın 3.7-ci bəndinə əsasən Dövlət Reklam Agentliyi reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

Qeyd olunan faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Agentliyə verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcə

Şərhlər

ƏNHU 2025-02-04 22:40:00

Bəs ADRA indiyə qədər hara baxlırdı? Bu agentlik qanunu pozduğuna, faktı gizlətdiyinə və fəaliyyətsizliyinə görə məhkəmə qaşısına çıxarılmalıdır.

Mubariz 2025-02-04 19:25:16

Doğurdan da ölkədə heç bir qrum işləmir ,neçə illərdi o orada durur indi .... ayılıblar ? Adın heç bir mahiyyəti yoxdur ,içəridə nələr baş verir ,bax bunu Primakovun oğlundan ,qohumu Novelladan ,birdə ki Qafarovadan soruşmaq lazımdır ....

Roma 2025-02-04 18:23:55

Yazılış belə olmalıdır, "Rus evi", sonra "Русский дом"...ancağ biz Moskvada və ya Rusiyanın hər hansı bir yerində "Azərbaycan evi" açmış olsaydıq inanın ki, öz dilimizdə yazıya icazə verməzdilər. Ancaq həmin rus evini nə Gürcüstanda nə də Ermənistanda Azərbaycandakı kimi yaza bilməzdilər. Onlar bu sahəyə, yəni öz dillərinə bizə nisbətən çox hörmətlə yanaşırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol