Respublikanın Əməkdar artisti Ağalar Bayramov yazıçı Əlisa Nicatın “Səməd Vurğun yaltaq olub” ifadəsindən sonra tənqidlərə məruz qalması ilə bağlı fikirlərini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, əməkdar artist özünün sosial şəbəkə hesabında bunları yazıb:
”Qatır Məmməd” filmində çar Rusiyası generalının dilindən: ”Mən bu müsəlmanı yaxşı tanıyıram, sözü at ortaya, çəkil dur kənarda , qırsınlar bir-birini”
… İndi baxıram, deputatı, yazıçısı, şairi sosial şəbəkələrdə növbəyə düzülüblər…
Putinin - Kremlin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, qoca bir kişinin – Əlisa Nicatın Səməd Vurğun haqqında dediyi sözün quyruğundan yapışıblar.
Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya olan nifrətini ortaya qoysun?!
Qoya bilməz, çünki, o tip ” ziyalı”lara ucuz, özünə sərfəli mövzu lazımdır…"
Qeyd edək ki, AYB-nin sədri, yazıçı Anar Əlisa Nicatın Səməd Vurğun ilə bağlı dediklərinə ən şərt şəkildə etiraz edənlərdən biridir: “Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfi adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq? Səməd Vurğunun oğulları yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar. Səməd Vurğun şöhrətli adamdır. Bilirlər ki, onun adını çəkib 2 gün gündəmdə olacaqlar. Gündəmdə olmaq üçün təkcə Səməd Vurğunu yox, elə dədələrini də satarlar”.
Onun dediklərinə Cumhuriyyətimizin qurucularını, o cümlədən Məhəmməd Əmin Rəsulzadəni təhqir edib, türk düşməni Şaumyanı, Stalini mədh edən Səməd Vurğuna "aşiq" olan bir dəstə "vurğunpərəst" də qoşulub.
Səməd Vurğunun məşhur “26-lar” poemasında yer almış aşağıdakı misraları xatırlatmaq yerinə düşərdi:
“İndi xəbər verim oxucuma mən
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!...
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!...
– Bir dayan!
– Nə dedin?– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…”
(“26-lar” poeması, Bakı, 1986, səh. 59).
“Ağır fikirlərə dalmış Şaumyan,
Xəyalı göyləri hey yara-yara,
Əlvida söyləyir qaranlıqlara…
Onun üzündəki fırtınaya bax!
Böyük bir həsrətlə boğulmuş rəngi;
Onun baxışları alovlanaraq,
Döyünür köksündə polad ürəyi,
Böyük bir həsrətlə boğulmuş rəngi.
(“26-lar” poeması, Bakı, 1986, səh. 61).
"AzPolitika.info"

Şərhlər
Çoxları bilmirki bu....iranda AZƏRBAYCAN adını eşidəndə elə bil farsların..... dərhal qışqırırlar bəziləri isə lap uzun qulağ kimi anqırırlarki biz Bakı tanıyırıq AZƏRBAYCAN olmayıb,bu adamda böyük və dahi şairimizi AZƏRBAYCAN şeirinə görə farsların sifarişilə təhqir edir,birdə sevdiyi qız onu qoyub hansı millətə getməyini yazssa əla olar,ona bunun kimliyini oxucular bilər.
Gorun çatdasın Səməd Vurğun Ağalar da sənə hücum edir.Görəsən bu adamlar təsadüfən Stalinlə üz-üzə gəlsələr nə edərdilər .Allah göstərməsin deyərlər
Keçmiş baş prokuror İ.İsmayılov yazırdı ki, baş prokuror olanda M.Müşviqin cinayət işini gətizdirib bir daha tanış oldum .S.Vurğun tərəfindən hec bir ittihama və məlumata rast gəlmədim .Ortada hec bir fakt yoxdurşSatqınların kim olduğunu hamı bilir.Zəif insanlar hemise satqın olar Vurğun seriyyətin elə bir zivesidir ki.,Onun kimi isə satmasına səbəb olmur.Onu satanlar isə 50 yaşında çərlədib öldürdülər......Rəsulzadəni millətçi , türkçü adlandıran Vurğun olub .Rəsulzadə onu də sevdiyi milli şair adlandırıb......
Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, görün S.Vurğun sizin haqqınızda nələr yazıb. Siz isə onu "Çağdaş Azərbaycan ədəbiyyatında" millətçi şair kimi qələmə vermisiniz. Rəsulzadə isə deyir: "Mən yanılmamışam. Əgər o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şerlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal kimliyimlə maraqlanacaq və hər şey ona aydın olacaq."
Ə bu Nicat qoca kişidi bekardi, sizə nə olub.
Anar
çox böyük Senetkardır.Ancaq o gerek Elza Seyidcahan meseledinden sonra ortaya çıxmamalı idi.En azından bir Kişi kimi istefs vermeli idi Mence Elzamı üzvülüye qebul edenler milleti tehqir etmek meqsedi güdübler ve mence meqsedlerine çatıblar ermeniesilliler.Anar ağıllı insandur razılalar ancaq bir az Semed Vurğunluğu var teni tam Kişi deyil Cavid kimi
Moşu bey Siz çx böyük Ziyalı insansınız xahiş edirem baltanı kökünden vurmayın axı bu mılletin yaxın tarixde Cavidi,Ehmed Cavadı,Cavan Müşfiqi Salman Mümtazı olub.Başa düşürem yanırsınız qelben ne edek biz bu gün Buyuq.Gelin sebrli olaq
Alisa Nicat haqlidir. Insanlar o qeder savadsizdi ki, Semed Vurqun Waumyani adina wer yazib. Amna o werinden xeberleri yoxdurda. 2 il evvel bir yazi oxumuwam ki Semed hetta Mikayil Muwfiqi de satib. Suleyman Rustem Muwfiqin werini oqurkayib oz adina capa verib.Miuwfiqin weri olduqunuda subutlar edib. Neyse , wairlerin, yazicilarin arasinda satqin, yaltaq, qorxaqlarda varmiw
Səmədə dil uzadanlar siz çalışın Səməd yüksələn zirvəyə yksəlin sonra danışın. Və Səmədin Azərbaycan
şeirnin dörtdə birinə bərabər şeir yazın sonra danışın.
Gələnin keyfi üçün keçmişi söymək
Bəlkədə Rəsulzadəni yaddaşlarda saxlamaq üçün belə yazib
Təəsüflər olsun ki, faydalı
bir işlə məşğul olmag əvəzinə boş boşuna özünüzü yorursunuz.Şərqi bir çox Dahiləri Saraylarda yazıb yaradiblar.Hökmdarlari tərənnüm edirblər.Onlari da qınayin.
Səməd Vurğun böyük şairdir. Keçmişə və Səməd Vurğuna söz atmaq doğru deyil....
Ne zaman ki Ayna Sultanovanin heykeli oldugu yerden goturulecek o zaman bu xalq bilecek ki Sah Ismayil Xetaini bize sadece şair oldugunu inandirmaga calisan sovet imperiyasi 70 ilde olkemizi tariximi nece mehv edib
Müəllifin fikirləri ilə qətiyyən razı deyiləm.Səməd Vurgun poeziyamızın günəşidir.
Zəhmət olmasa
1.Rəsulzadənin özünün Səməd Vurğun haqqında dediklərini araşdırın.
2.Ondan sonra o dövrü öyrənib xəyalınızda canlandırın. Özünüzün dünəninizi, bu gününüzü və ehtimal olunan sabahınızı göz önünə gətirin. Nə qədər o keyfiyyətlərə sahibsiniz ya deyilsiniz?!
3. Sonda dahiləri "divana" çəkin.
P.S. Dahilərin divana çəkilməsi bütünləşdirici, kamil və məqsədəuyğun hərəkət deyil, nifaq toxumu səpir.
Elzanı AYBə daxil edəndən nə gözləyəsən?
Kecmishihanə dash atanin viçdani yoxdur!!!
Rəy yazanlardan Ağalar başda olmaqla soruşuram ,hansınız yaltaq deyilsiniz,bir güzgüyə baxın ayıbdır,tarix sözünü deyir,siz kimsiniz ki kimə qiymət verirsiniz,Səmədə söz deyən onun qili da ola bilməz o kişi möhürünü vurub,belə insanlar bir dəfə dünyaya gəlir Ağalar Elisa kimisindən çoxdur Azərbaycanda
Tanınmış ziyalı, Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir, publisit, pedaqoq, yazıçı, türkoloq, və liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlunun Həsən bəy Zərdabinin dəfn mərasimindəki çıxışı yadıma düşdü:
“Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”. Bu hadisə 1907-ci ilə təsadüf edir. Aradan cəmi-cümlətanı 118 il ötüb. Təəssüf ki, heç nə dəyişməyib, dəyişən 118 ildir. Belə çıxır ki, vəziyyət 1907-ci ildən əvvəl də belə olub. Belə çıxır ki, mayamız zaydır.
Başi bəlali ditnaq arasi şairlər. Özünün karyerasina görə diğərlərini məhf edən xainlər.
Cox sağ olun Ağalar muəllim!Azərbaycanın represiya qurbanı olmuş ziyalilarımıza ,şair və yazıcılarımıza rəhmət eləsin.
Alisa Nicat tam haqlıdır
Vurgun barede bele danismaq yolverilmezdi.
Anar da Semed Vurgunun tayıdır......
Dəhşətə bax! Gör kimlər Səməd Vurğun haqqında fikir söyləyir. Belələri həmin dövrdə yaşasaydı Allah bilir nələr edərdilər. Sevdiyim saytın da bu mıvzunu qabartması məndə təəssüf hissi doğurdu. Unutmayın, keçmişinə daş atanı gələcək topa-tüfəngə tutar.
Anarın elə yazıçılar birliyinə bəh bəhlə qəbul etdiyi Elza Seyidcahan Anarın kim olduğuna dəlalət edir.Əlisa Nicat yaltaq adam deyil bu da Anarın xoşuna gəlmir!
Hər dövrün öz yaltaqları olub hər zamanda olacaq! Bu mübahisə mövzusu ola bilməz!
AĞALAR MÜƏLLİM ÇOX SAĞ OLUN DƏYƏRLİ FİKİRLƏRİNİZƏ ĞÖRƏ.
Anar da atasıda Moskvaya bağlı adamlardır.Əlisa müəllim kişi adamdır xalqı satqınlar barədə məlumatlandırır.AYB nə oyunlardan çıxır Anarın rəhbərliyi ilə hamı bilir.
AĞALAR MÜƏLLİM NECƏ MƏNİM VƏ MİLLƏTİMİZİN ÜRƏYİNDƏN KEÇƏNLƏRİ YAZMISIZ.ANAR DA SƏMƏD VURĞUNU DİĞƏR müdafiə edənlər də Moskvaya qulluq edən adamlardır.Anar Səmədin Şaumyan haqqında yazdığını oxumayıb yəqin.
Xalq arasında həmişə S.Rüstəmin, S.Vurğunun, Rəsul Rzanın yaxşı şair olması ilə bərabər donosçu, yaltaq, saray şairi olduqları barədə həmişə söhbətlər dolaşırdı. Onlar dövrünün şairləri idi və həqiqətən də sevilirdilər. Həm də onlar Cavid, Müşfiq də ola bilmədilər və başqa yolu seçdilər.
Əlvida Nicat bir insan və bir ziyalı kimi Anardan qat-qat üstündür yoldan keçən deyil. Əlvida demir ki, Səməd vurgun pis şairdir. Deyir satqın olub və sübut da edir. Anlarında dərdi Səməd Vurğunu müdafiə etmək deyil əsla. Anar bilir ki, belə davam edərsə atası Rəsul Rzanın da satqınlığı müzakirə mövzusu olacaq. Anar heç vaxt ziyalı ola bilmədi və ola də bilməzdi.....