Azərbaycan Bakıdakı “Rus Evi”-nin bağlanması tələbilə çıxış edənə qədər ölkəmizdə çoxları bu qurumun paytaxtımızda nə işlə məşğul olmasından o qədər də xəbərdar olmayıb. Onun tabe olduğu “Rossotrudniçestvo” isə rəsmi açıqlamalarında bildirib ki, qurumun əsas missiyası “Rusiyanın dünyada humanitar təsirini gücləndirməkdir”.
Təşkilat iddia edir ki, onun işi guya yalnız humanitar əməkdaşlıq, mədəni və təhsil mübadiləsini inkişaf etdirməkdən ibarətdir…
Ancaq məlum olur ki, reallıqda “Rus Evi”-nin əsas missiyası dünya və Azərbaycan mediasının da qeyd etdiyi kimi, təkcə casus-kəşfiyyat yuvası rolunu oynamaq yox, həm də onun imperiya siyasətinə, işğalçılıq müharibələrinə yönələn və Azərbaycan da daxil olmaqla, yerləşdiyi ölkələrin ümumi siyasi xəttinə zidd, ziyanlı təbliğat aparmaqdır.

Belə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını dəfələrlə bəyan edərkən, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu müharibədə Ukraynanın haqlı mübarizəsini dəstəkləyərkən, rəsmi Bakı işğala məruz qalmış bu ölkəyə dəflərlə böyük humanitar yardımlar göndərərkən, ölkəmizin paytaxtındakı “Rus Evi” Ukraynaya qarşı işğalçılıq müharubəsini vəsf və təbliğ edən tədbirlər keçirib.
“AzPolitika” xəbər verir ki, məsələn, 2024-cü ilin noyabrında Bakıda “cəbhə rəssamı” Yuliya Tolstousovanın “ZOV”(çağırış-red.) adlı sərgisi təşkil edilib. Ziyarətçilərə “əsl qəhrəmanlar”ın – yəni, Ukraynaya qarşı döyüşən işğalçı əsgərlərin portretləri nümayiş etdirilib və onların “hekayələri” danışılıb.
Bundan əvvəl isə 2024-cü ilin iyununda Bakıdakı “Rus Evi”ndə Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinə “Donbasın gənc könüllüləri” filmi nümayiş etdirilib. Film “Ukrayna böhranı kontekstində gənc nəslin rolundan” bəhs edir. Film həmçinin, Kremlin çirkin təbliğatçılarından olan Marqarita Simonyanın “Russia Today” kanalında da dərc olunub. Görəsən, doğrudanmı Azərbaycan gənclərinin belə bir separatizm və işğal təbliğatı aparan filmə baxması lazım idi?

Həmçinin, “Rus Evi”nin sosial şəbəkələrdəki səhifələrində də işğala haq qazandıran və işğalçını “qəhrəmanlaşdıran” siyasiləşdirilmiş materiallar paylaşılıb. Məsələn, 2023-cü ilin martında Bakıdakı “Rus Evi” öz izləyicilərini “Zelenski – müharibəyə aparan yol” hesabatını oxumağa dəvət edib. Sənəddə Ukrayna Prezidenti “Londonun nəzarəti altında Avropanı alovlandıran” şəxs kimi təqdim olunur.
2024-cü ilin avqustunda Bakıdakı “Rus Evi” öz “teleqram” kanalında “Krım rus dünyasının tarixində” adlı onlayn viktorina elan edib. Qaliblərə Krıma iki nəfərlik səyahət vəd edilib.
2024-cü ilin avqustunda həmin “Rus Evi” Bakıda “Yeni regionların insanları” fotosərgisini keçirib. Burada Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin portretləri və onların Rusiyanın işğalından sonra həyatının “necə yaxşılığa doğru dəyişdiyi” barədə “hekayələr” əks olunub. Baxmayaraq ki, bütün dünya Rusiyanın Ukraynadakı şəhərləri, qəsəbələri, kəndləri işğal etməzdən əvvəl yerlə-yeksan etdiyini gözlərilə görüb və görməkdədir.
Bəs, Bakıda keçirilən bu cür “tədbirlər” nəyə, kimə hesablanıb? Özü son 30 ildə erməni, ondan əvvəl isə əsrlərlə rus işğalına məruz qalmış Azərbaycanda Ukraynada davam edən işğalçılıq müharibəsinin təbliğinə nə ehtiyac var və bu, həm siyasi, həm də mənəvi baxımdan nə dərəcədə etikdir?
Göründüyü kimi, Bakıdakı “Rus Evi”nin işi heç də “Rossotrudniçestvo”nun rəsəmən bəyan etdiyi kimi, “humanitar əməkdaşlıq, mədəni və təhsil mübadiləsini inkişaf etdirmək” olmayıb! Ona dörə də gənclərimizin “beynini yuyan” belə bir imperiyaçılıq və işğal təbliğ edən təxribat yuvasının bağlanması ən düzgün addımdır.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bəs bizim quşdan ayıq,cəld hüquq-mühafizə orqanlarımıı niyə bu təşkilatla maraqlanmayıb?Axı bunlar gizli fəaliyyətdə olmayıblar.nə üçün bu gün də bu məsələ ciddi araşdırlmır,həqiqət ortaya çıxarılıb cinayıətkar cəzalanmır? Axı yazıldığı kimi casusluq özü də ən ağır cinatət sayılır.Niyə ciddi yanaşma hiss olunmur?
bu söhbətlərə qətiyyən inanmıram razılaçdiriımıç bir tamaşadır 300 rus məktəbinin hər biri bir Rus evidir nece olur indi işə götürənde rus dilini bilmək tələb olunur bir azdan daşlar yerinə oturacaq və səs s
mir cıxmayacaq
2024 de ıyunda Donbass køn6llülerı haqda fılm sergılenır....8 aydan sonra bıze deyırsız.....RUS AZERBAYCANDA AT OYNADIR....
Genclerin beynini rus evinden evvel rus dilinde 11ci sinife kimi dovlet tehsili yuyur.kecid balini da asagi qoyublar ki hami ora yonelsin.ordan ve ondan yaz reportaj ele
2015-ci ilin məlumatına görə Azərbaycanda 3000-ə qədər qeydiyyatdan keçmiş QHT və xeyli sayda qeydiyyatsız qrup mövcud olmuşdur. 2022-ci ilin statistikasına görə bu rəqəm 4.000 göstərilir. Heç kimə sirr deyil ki, hazırda qeyri-hökumət təşkilatlarının qeydiyyatına Prezident Asministrasiyasının qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən qadağa qoyulmuşdur və qeyd edilmişdir ki, bu təşkilatların bəziləri aktiv fəaliyyət göstərmir. Bu gün Azərbaycan vətəndaşına qeyri-hökumət təşkilatını qeydə almaqdan ötrü qadağa qoyulub. Yenə saytların məlumatına istinad edək. Rossotrudniçestvonun Azərbaycan Respublikasındakı nümayəndəliyi informasiya və mədəniyyət mərkəzi kimi 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılmışdır. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin möhkəmləndirilməsi, həmvətənlərə dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa yardım, tarixi və xatirə tədbirləri daxildir. Baş ofis Bakıda yerləşir, Xaçmaz və Gəncədə də əlavə mərkəzləri mövcuddur. Gəlin yada salaq. Rusiyada, konkret olaraq Moskva şəhərində Azərbaycan diasporasının qeydə alınmasında Rusiya rəsmiləri nə qədər həyasızlıqla bu təşkilatın yaranmasına maneələr yaratmışdır. Belə götürək ki, ötən dövr ərzində “Rus evi” casusluq fəaliyyəti ilə məşğul olmuşdur. Necə oldu ki, bu fəaliyyət 2025-ci ildə faş oldu? Bəs hara baxırdı bizim hüquq mühafizə orqanlarımız? Dövlət büdcəsindən ayrılan vəsaitlər hara xərclənir? Vergi ödəyiciləri kimi bu sualın cavabını kimdən tələb etməliyik? Suallar çoxdur, cavab isə sıfıra bərabərdir.

Maraqlı faktlar açıqlayırınız "Русский дом" Azərbaycanda fəaliyyət göсtəridə və bu fəaliyyət zərərli olubca bəc onda Azərbaycan hakimiyyətinin əlaqədar qurumları niyə bunun qarşını almayıblar? İşin bu tərəfini də açıqlamağa bötük ehtiyac vardırAxə belə hal ölkəyə,ölkə gəncliyinə zərbədir.Niyə bu orqanlar məculiiyyətlə işlərinə yanaşmayıblar.
iran agenti ocaq necat 30 il Bakıda oturub milyonları xüms(xüms döyüş nəticəsində ələ keçirilmiş qənimətin bölünməsidir.Yəni düşmən malıdır.) adı altında irana daşıdı, hansı ki, qaçqınlarımız dəmir vaqonlarda qalırdı.Gəncləri din adı altında səhv yola sürüklədi.Həmin vaxtlarda keçmiş mtn rəhbərliyi biznesmenləri şərləyib soymaqla məşqul idi. mtn dən başqa bütün Azərbaycan xalqı iranın və rusiyanın nə etmək isddiklərini bilir. 30 ildən sonra ayıldılar ki, pah ateynən bunlar düşmən imiş.