Menu

Növbəti iki gündə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

25.02.2025, 17:20
Növbəti iki gündə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, fevralın 26-27-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qax, Şəki, Zaqatala, Şahdağ, Xızı, Şamaxı, Şirvan, Qobustan, Ağsu, İsmayıllı, Oğuz, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Gəncə, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilanda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol