Menu

Dörd girovun cəsədinə 625 əsir... - 97 nəfəri Misirə göndərildi

27.02.2025, 12:40
Dörd girovun cəsədinə 625 əsir... -  97 nəfəri Misirə göndərildi

Fələstinin HƏMAS gərəkatı 4 israilli əsirin cəsədini “Qırmızı Xaç” təşkilatı vasitəsi ilə İsrailə təhvil verib.

“AzPolitika” bildirir ki, bu barədə “The Times of Israel” qəzeti xəbər yayıb.

Media qeyd edir ki, 625 fələstinli əsirin da Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə Fələstin tərəfinə təhvil verilməsinə başlanılıb.

Əsirlərin bəziləri avtobusla Qəzza zolağına aparılıb, onların sayının 400-ə yaxın olduğu güman edilir. Daha 97 əsir Misirə təhvil verilib.

Ekspertlər məhz İsraillin bombardmanları nəticəsində ölən dörd əsirin cəsədinin tanınmasını həyata keçirməlidirlər.

Yanvarın 15-də imzalanan atəşkəs razılaşmasına əsasən, İsrail fevralın 22-də 6 israilli əsir müqabilində 602 fələstinli məhbusu həbsdən azad etməli idi. Lakin Təl-Əviv vədinə yenə əməl etməyərək, müxtəlif bəhanələrlə əsirlərin azad edilməsini gecikdirdi. Ancaq daxildə narazılığın artması Netanyahunu geri addım atmağa məcbur edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol