Menu

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanılıb

28.02.2025, 11:35
Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanılıb

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.

Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub. Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol