Menu

“BİZİM QULDUR BİR PREZİDENTİMİZ VAR” – Trampa qarşı sərt sözlər + VİDEO

04.03.2025, 13:15
“BİZİM QULDUR BİR PREZİDENTİMİZ VAR” – Trampa qarşı sərt sözlər + VİDEO

Məşhur amerikalı aktyor Riçard Gir İspaniyanın əsas kino mükafatı "Qoya" mərasimində çıxış edən zaman ABŞ Prezdienti Donald Trampı sərt sözlərlə tənqid edib.

“AzPolitika” xəbər verir ki, aktyor Donald Trampı zalım və quldur ölkə başçısı adlandırıb.

“Bu, ABŞ-nin qaranlıq dövrləridir. Bizim zalım və quldur bir prezidentimiz var. Amma avtoritarizm hər yerdədir. Biz bununla cəsarətlə mübarizə aparmalıyıq. Ayıq, enerjili və cəsarətli olmalıyıq. Və bunu izləyən hər kəs – İspaniyada və başqa yerlərdə olanlar ayağa qalxmağa, həqiqəti söyləməyə, dürüst olmağa hazır olmalıdır”, - Gir deyib.

Qeyd edək ki, aktyorun bu cəsarətli çıxışı zalda əyləşənlər tərəfindən böyük coşqu və alqışla qarşılanıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol