“Ermənistan Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.
Ermənistan XİN layihə və saziş üzrə danışıqların başa çatdırılmasını təsdiq edir.
“Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası sazişin imzalanma tarixi və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır”, - ER XİN-in bəyanatında deyilir.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində iş başa çatıb, İrəvan son iki qalan bəndi qəbul edib”.
Bayramovun sözlərinə görə, növbəti mərhələdə Azərbaycana yönəlmiş ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Bundan başqa, Minsk qrupu və onun qalıqları da buraxılmalıdır.
“AzPolitika.info”


Şərhlər