Rusiyanın REGNUM agentliyinin məlumatına görə, «Yabloko» partiyasının lideri Grigory Yavlinskinin Krımın Ukraynaya qaytarılma zərurətini dilə gətirib.
«Bu problemin Rusiyanı bütün həyatı boyu izləməməsi üçün Krımdan imtina etmək lazımdır», —Yavlinski sözügedən partiyanın siyasi şurasında belə söyləyib.
Siyasətçinin fikrincə, «Krımın statusuna dair Ukrayna qanunları əsasında 2-ci legitim referendum keçirmək», beynəlxalq müşahidəçilərin iştirakı ilə Rusiya və Ukrayna arasında «güvənlik kəməri» yaratmaq,ticarət və qaz tədarükü sahəsində iqtisadi münasibətləri tənzimləmək gərəkdir.


Şərhlər