Menu

Rusiya Ukrayna savaşından bu yana neçə strateji təyyarəsini itirib? – “Forbes” açıqladı

03.04.2025, 15:55
Rusiya Ukrayna savaşından bu yana neçə strateji təyyarəsini itirib? – “Forbes” açıqladı

Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı Rusiya “Tu-22M” strateji bombardmançı təyyarələrinin 10%-ni itirib.

Bu barədə “Forbes” nəşrində yayımlanan məqalədə bildirilir.

Qeyd olunur ki, Ukraynanın işğalından əvvəl Rusiya 60-a yaxın “Tu-22M”-ə sahib olub.

“Dünənki qəzadan əvvəl Rusiya Hərbi Hava Qüvvələri artıq dörd belə təyyarəsini itirmişdi - biri qəzaya uğramış, biri vurulmuş, ikisi isə Ukrayna pilotsuz təyyarəsinin aerodroma endirdiyi zərbə nəticəsində məhv edilmiş və ya ən azı ciddi zədələnmişdi”, - “Forbes” yazır.

Həmçinin qeyd olunur ki, yanvardan mart ayına qədər “Engels” aviabazasına edilən bir sıra dron hücumları bu bombardmançıların atdığı nəhəng qanadlı raket ehtiyatını məhv edib. “Forbes” həmin raketlərin dəyərini təxminən 1 milyard dollar qiymətləndirir.

“Forbes” onu da etiraf edir ki, üç ildən çox davam edən genişmiqyaslı müharibədə beş “Tu-22M”-nin itirilməsi onun gedişinə heç bir şəkildə təsir etməyəcək. Nəşr yazır ki, rusların hələ də Ukraynanı yaxın gələcəkdə bombalamaq üçün “Tu-22M”, “Tu-95” və “Tu-160” kimi digər tipli bombardmançı təyyarələri var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol