Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.

***
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtomobilin aşması nəticəsində bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər