Menu

“İsrailli əsirlər geri qayıtmaya bilərlər” – Keçmiş kəşfiyyat rəhbəri xəbərdarlıq etdi

14.04.2025, 15:48
“İsrailli əsirlər geri qayıtmaya bilərlər” – Keçmiş kəşfiyyat rəhbəri xəbərdarlıq etdi

İsrailin kəşfiyyat agentliyinin Şin-Bet (Şabak) keçmiş rəhbəri Ami Ayalon xəbərdarlıq edib ki, Baş nazir Benyamin Netanyahu atəşkəs razılaşmasını pozmağa davam edərsə, Qəzzadakı israilli məhbuslar geri qayıtmaya bilər.

İsrail mərkəzli "I24" televiziya kanalına danışan Ayalon İsrailin Qəzzada atəşkəsi pozduğunu etiraf edib:“Bütün əsirlərin geri dönməsinə icazə verəcək atəşkəsi pozduq. Razılaşmaya görə, HƏMAS Qəzzada qalsa, döyüşə qayıtmaq imkanımız var idi. Bu razılaşma baş nazir tərəfindən pozuldu və həyata keçirilmədi. Ona görə də açıq şəkildə deyirəm, bu siyasətdə israr edilsə, bu müharibə bitməyəcək və əsirlər geri qayıtmayacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol