Menu

Ukraynalı hərbçi təkbaşına 3 rus əsgərini zərərsizləşdirdi - VİDEO

16.04.2025, 11:32
Ukraynalı hərbçi təkbaşına 3 rus əsgərini zərərsizləşdirdi - VİDEO

3 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsindən maraqlı görüntülər gəlməkdə davam edir.

"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında paylaşılan bir videoda Donetsk vilayətinin Pesxanoye kəndi yaxınlığında baş verən son döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən birinin təkbaşına 3 Rusiya əsgərini zərərsizləşdirdiyi əks olunub.

Belə ki, rus hərbçiləri kəndin yaxınlığında mövqe almağa çalışarkən, Ukrayna əsgəri tərəfindən vaxtında aşkarlanıb və fərdi döyüş bacarığı sayəsində qarşı tərəfə ciddi itki verilib. 

Həmin görüntünü təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol