Ukrayna Rusiyanın Novorossiysk şəhərinə hücum zamanı bir ədəd "Su-30" qırıcısını məhv edib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Defense Express” nəşri məlumat yayıb.
Məlumata görə, təyyarə şəhərdən təxminən 50 km aralıda "R-73" zenit raketi ilə silahlanmış pilotsuz qayıq tərəfindən məhv edilib.
Qeyd olunub ki, bu, zenit raketləri ilə silahlanmış yerüstü pilotsuz uçan aparatın köməyi ilə döyüş təyyarəsinin və ümumilikdə təyyarənin məhv edildiyi tarixdə ilk döyüş epizodudur.
"AzPolitika.info"


Şərhlər