Menu

“SSRİ HƏLƏ DƏ MÖVCUDDUR, ONUN DAĞIDILMASI QANUNSUZDUR” - Putinin müşavirindən sensasiyalı bəyanat

21.05.2025, 22:00
“SSRİ HƏLƏ DƏ MÖVCUDDUR, ONUN DAĞIDILMASI QANUNSUZDUR” - Putinin müşavirindən sensasiyalı bəyanat

Rusiya artıq SSRİ-nin bərpası arzusunu rəsmən dilə gətirməyə başlayıb. Xüsusilə də Ukraynada davam edən işğalçılıq müharibəsi fonunda Kremlin SSRİ-nin bərpası ilə bağlı eyhamları kifayət qədər təhlükəlidir…

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını deyib.

Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”.


Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi.

Bundan əlavə, o, SSRİ-yə aid respublikaların Ali Sovetlərinin SSRİ-nin mövcudluğuna son qoyan Belovej sazişini ratifikasiya etmək səlahiyyətinə malik olmadığını da iddia edib: "Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. Amma SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir".

Kobyakov əlavə edib ki, “SSRİ-nin dağılmasına konstitusiya hüququ mütəxəssisləri hüquqi qiymət verməlidir”. Və guya belə bir qiymətləndirmə, "bugünkü hadisələri anlamağa kömək edəcək".

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2025-05-21 20:23:31

Kremlin aşkarca SSRİni buraxma cəhdinə Ukrayna öncədən BMT qeydinə uyğun özünü müstəqil dövlət bəyan edib! Cənab Kobyakovun qeyd etdiyi hüquq pozuntusu Ukraynaya aid deyil. NATO və Avropa təşkilatlarına, digər daxili bəhanələrlə belə Ukraynaya Hərbi təcavüz isə hüquq pozuntusu yox, hər iki ölkə əhalisinə qarşı Beynəlxalq Cinayətdir.

MRP 2025-05-21 20:00:53

SSRİ-nin yaranışı özü qeyri qanuni olub.

Eli 2025-05-21 18:43:49

Bu "Dahi" şexse suak vermek lazimdur ay alksş milletin alkaş nümayendesi mefer SSRİ- nın yaradılmasl hansısa qanunlara esaslanmışdı ay gerizekalı nadan..

Eli 2025-05-21 15:29:21

Bu Putin ölmeyince SSRİ söhbeti gündemde olacaü .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol