Menu

“Vətəndaş aylıq 10 manat ödəyirdisə, indi 9 manat ödəyəcək” – Komitə sədri dəyişikliyin mahiyyətini açıqladı

11.06.2025, 21:20
“Vətəndaş aylıq 10 manat ödəyirdisə, indi 9 manat ödəyəcək” – Komitə sədri dəyişikliyin mahiyyətini açıqladı

“Sabit tarif anlayışı vətəndaşların vəziyyətini ağırlaşdıracaq heç bir vəziyyət yaratmır”.

Bunu “AzPolitika”-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Xatırladaq ki, adıçəkilən komitənin dünən keçirilən iclasında “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Qeyd olunur ki, elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək. Bu dəyişiklik media və sosial şəbəkələrdə əhalinin elektrik enerjisi və təbii qaz ödənişlərinin artmasına gətirib çıxaracağı barədə müzakirələrə səbəb olub.

Millət vəkili dəyişikliklərin mahiyyətini açıqlayıb: “Əgər vətəndaş eyni tarif dövründə istehlaka görə aylıq 10 manat ödəyirdisə, həmin dövr üçün sabit tarif müəyyənləşəcəksə, vətəndaş istehlaka görə maksimum 9 manat ödəyəcək. Yəni, 1 manat sabit tarif, 9 manat istehlak. Yenə də 10 manat ödəniş edir. Yalnız istehlakı olmayan abonentlər, yəni mənzili, evi, bağı olanlar şərti olaraq sabit tarifi ödəmiş olacaq. Burada vətəndaşların vəziyyətinə mənfi təsir edəcək amil yoxdur. Qanunlarımız yalnız vətəndaşların mənafeyinə xidmət edir”.

Komitə sədri vurğulayıb ki, bunlar qanunvericiliklə tənzimlənir: “Sabit tarif dünya təcrübəsində də var. Metodoloji qaydaya görə, sabit tarif əsaslı tarif şərtlərindən biri kimi çıxış edir. Metodoloji qaydada sabit tarifin tətbiqi istehlak tariflərinin artması demək deyil. Burada söhbət vahid istehlakın təchizat xərclərinin xarakterinə uyğun diferensasiyasından gedir. Yekunda istehlakçılar tərəfindən ödənilən ümumi tarif məbləği artırılmır”.

“AzPolitika.info”

Şərhlər

Mənsur 2025-06-21 11:47:41

Bunlar özünü həkimə göstərsinlər.Onlarda düşüncə çatışmamazlığı olduğu şübhəsizdir.

Atobba 2025-06-15 00:04:20

Mənə dəxlisi yoxdu

Məzahir 2025-06-14 13:50:16

Ayıbdır ay deputat, səni işığ idarəsi seçməyib, xalq seçib, keç xalqın tərəfinə!

Muslim 2025-06-14 12:12:17

Milli Meclisinne vaxtsa milletin xeyrine qerar verdiyini goren bilen olubsa yazsin

İsmayıl 2025-06-14 00:22:27

Əvvəl bizi Avropadakı kimi işlə təmin edin,sonra da sabit və stabil turp əkin.

Rahib 2025-06-13 20:16:21

Yatıb durub vətandaşın pulunu necə əlindən alaq deyə düşünürlər bu soyğunçuluqdu

deputata 2025-06-13 17:19:58

Bu "dinmə ver" texnologiyasını bu deputat necə tərifləmək qərarına gəlib?evin adamlarımzuniyyətd,tətildə.evdə olmayanda da pul ödəməlidir?Bu necə qayda .necə qanundur? Hansı ölkədə belə qayda var? Yalandan ölkə adı çəkməyin.Bu yalnız Azərbaycanda ola bilər....Ayıb!

Xanim 2025-06-13 10:37:34

Villasi olanda eyni pulu ödəyəcək.? Ela qərardır.Avropayla da bizi bir tutmayın.

Mahir 2025-06-13 09:12:06

Bizdən qaz neft alanlar necə olur öz vətəndaşına bizdən ucuz satış edir, bir izah edə bilən varmı

Oxucu 2025-06-12 09:24:10

"Mus-mus" deyincə birdəfəlik mustafa deyin.Mahiyyət budur ki,əgər vətəndaş ay ərzində hətta bir qəpik də olsa istehlak etməyibsə, yenə də sabit tarifi ödəyəcək.
Bunu mobil operatorlar da tətbiq edir.

ƏNHU 2025-06-12 00:58:31

Bütün addımları fırıldaqdır. Bütün işləri fırıldaqdır.. Buna baxın, 1 manat söhbəti eləyir. Az qalır xalqa gözaydınlığı versin. Bunun dili ilə o beş abbasını da millətə şişin icinda izadıb deyirlər ki, -alın bu pulları saqqız alıb çeynəyərsiniz. Kişilər ölkə qurur, milləti üçün rifah yaradır, XXII əsrə yol çəkir, bunlarsa hələ də Molla kimi motal peşindədirlər. ..

Deputata 2025-06-11 21:50:06

Bu açıqlama doğru sayıla bilməz!Çünki həqiqətdə əhali istifadə etmədiyi qaz üçün artıq ödəmə etmyə məcbur salınacaq Odur ki.deputatın açıqlaması reallıqdan çox uzaqdır.Bir az düşünsə özü anlaya bilər.Bir .də ki.1 manata əhali hansı yarasın sarıyacaq7

Vətəndaş 2025-06-11 21:42:35

Bu "dinmə ver" prinsipi ilə əhalinin iinə girmək sayılmalıdır.Çünki əhaliay.ilərzində hr ay stai qaz istehlak etmir.Bnun ezamiyyəti.turist gəzintisi..məzniyyət zamanı istifadənn olmaması.hər ay stail məsrəf edilməmə v sair halar nəzərə alınmayacaq.Bu aylıq stabil ödəmə əhalinin cibnə irməkkimi qiymətləndirilməlidir. Hərksöz glir vəməsrəini bilduyinə görə məsrəf vətndaşlar tərəfindən nəzarətl edilir.yeni düşündüyünüz isə həVVm əhaliyə və həm də bəzi haları diqqətə almış olsaq dövlətədə ziyanlıdır.

Eli 2025-06-11 21:20:58

Bezi deputatlara ele gelir ki onlar xalq terefinden ona göre millet vekili seçilibler ki,hakimiyyeti müdafie ve terif etsinler.

Izləyici 2025-06-11 20:29:39

Yalandır, ALLAH sizlərə lənət eləsin.

Qəzəbli oxucu 2025-06-11 19:52:52

.... xalqın cibinə girənlərin başındasan, xəbərin yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol