Menu

"İran ehtiyac duyarsa, dəstək verərik" - Şimali Koreya bu raketi İrana verə bilər

19.06.2025, 16:59
"İran ehtiyac duyarsa, dəstək verərik" - Şimali Koreya bu raketi İrana verə bilər

"İran ehtiyac duyarsa, dəstək verərik".

"AzPolitika" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Bu bəyanatdan dərhal sonra diqqətlər Kim Çen Inın “mütləq üstünlük simvolu” adlandırdığı "Hwasong-16B" ballistik raketinə yönəlib. Bir neçə ay əvvəl şəxsən sınaq buraxılışını izləyən Şimali Koreya lideri, bu raketi “müdafiə texnologiyasının zirvəsi” kimi təqdim etmişdi.

Hərbi mənbələr "Hwasong-16B" raketinin İrana göndərilməsi ehtimalının ciddi şəkildə müzakirə edildiyini bildirirlər. Belə bir addımın Yaxın Şərqdəki geosiyasi tarazlıqları daha da mürəkkəbləşdirə biləcəyi vurğulanır.

Ekspertlər bildirirlər ki, Şimali Koreyanın bu cür dəstək açıqlaması təkcə İsrail-İran müharibəsinin gedişatına deyil, həm də ABŞ, Çin və Rusiya kimi böyük güclərin regiondakı mövqelərinə birbaşa təsir göstərə bilər. 

"AzPolitika.info"

Şərhlər

Oxucu. 2025-06-19 19:59:01

Xoruzun quyruğu görünür,məhşur Şəki lətifəsidəki kimi,erməni dığası uşağın əlindəki qızılı almaq üçün eşşək kimi anqrası olur,axırda gözünə döndüyüm uşağ deyir erməniyə sən eşəkliyinlə bilirsən bu qızıldır mən uşağlığımla anlamıram? Bax rus,çin,iran, şimali kareya və bunlar bənzər kölgədə qalan dövlətlər anlayırlarki,onlardan birinin başı əzilsə nöbbə o birisinə çatacaq.

Bəhrami 2025-06-19 19:28:47

İranı və cəmiyyətini labüd Hərbi-Nüvə iflicindən yalnız üstün müdafiə və mühafizə tədbirləri xilas edə bilər?

Senan 2025-06-19 17:14:50

bu şimali qoreya da yuyulmamış qaşıq kimi öz hara gəldi soxur bunda ağıl deyilən yoxdurmu məgər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol