Menu

Maskdan Trampa təhdid - Yeni partiya yaratmaqla hədələdi

01.07.2025, 13:35
Maskdan Trampa təhdid - Yeni partiya yaratmaqla hədələdi

"Tesla" və "SpaceX"-in sahibi, amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın dəstək verdiyi böyük xərcləmə planına sərt reaksiya göstərib. 

Sosial media hesabında etdiyi paylaşımda Mask bildirib ki, bu qanun layihəsi Konqresdən keçərsə, dərhal yeni siyasi partiya yaradacaq.

Mask paylaşımında bildirib: "Bu ağılsız xərcləmə qanunu qüvvəyə minərsə,  növbəti gün Amerika Partiyası yaradılacaq". 

O, ABŞ-də Demokratlar və Respublikaçılardan ibarət olan iki partiyalı sistemə alternativin zəruri olduğunu, insanların həqiqətən səslərinin eşidilməsi üçün belə bir partiyaya ehtiyac olduğunu vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol