Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun internet televiziyalarından birinə müsahibəsində keçmiş həmkarı Tofiq Zülfüqarovun onu təhqir etdiyini iddia edib.
"Əgər adam mənim xoşuma gəlmirsə, mən onu nə danışdırır, nə də yada salıram. Adam söyüş söyür, tənqid edirsə, öz mədəniyyətini göstərir",- deyə Elmar Məmmədyarov Tofiq Zülfüqarov haqqında bildirib..
Modern.az məsələ ilə əlaqədar eks-nazir Tofiq Zülfüqarovun mövqeyini öyrənməyə çalışıb. Tofiq Zülfüqarov bildirib ki, heç vaxt Elmar Məmmədyarovun ünvanına söyüş söyməyib: "Mən bu mövzuya qayıtmaq istəmirəm. Onun barəsində fikirlərimi kifayət qədər açıq şəkildə demişəm. Doğrusu, mənim yadıma düşmür ki, nəvaxtsa ya mən onu söyüm, ya da o məni... Belə şey görməmişəm. Mən istəmirəm bu suallara fikir verək. Kim nə deyir desin, mənim üçün əhəmiyyət kəsb etmi

Şərhlər
Ikiniz de bir normal diplomat ola bilmediz
Tofiq Zülfüqarov haqqında heç nə deyə bilmərəm. E.Məmmədyarov isə atasından da yüz metr irəli gedən birisidir. XİN-ə ilk dəfə imtahanla işə götürülənlər arasında mümkün 100 baldan 85 və 83-nü toplayan iki nəfərin heç birini işə götürməyən E.Məmmədyarov , indi mələk libasına bürünsə də yırtıcı birindən heç nəyi ilə fərqlənməyən, DAŞQƏLBLİ, indiyədək ana dilini öyrənə bilməyən biridir
Tofiq müəllim olsun ki, qocalır və xatırlamadığı başa düşüləndir. Amma mənim yadıma düşür ki, Tofiq müəllim deyəsən onu söydü. Amma mənim də yaşım az deyil. Odur ki, tam dəqiq deməyə çətinlik çəkirəm: Tofiq müəllim onu mı söydü və ya başqa birini mı söydü. Bax burasını yaxşı kəsişdirə bilmirəm. Allah sənə rəhmət eləsin Nəsibə Zeynalova.